Bu cütlüklər daha tez boşanır

Aparılan tədqiqatlar göstərib ki, 28-32 yaşında evlənən cütlüklər nadir hallarda boşanır.

AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, Utah Universitetinin sosioloqu Nik Volfinger evliliyin hansı yaşda uğurlu olduğunu bilmək üçün araşdırma aparıb. O, iştirakçıların cinsini, irqini, mənşəyinin ailə quruluşunu, dini ənənələrini, dini mənsubiyyətini və seksual keçmişini araşdırıb.

Volfinger 2006-2010 və 2011-2013-cü illərin Ailə Artımı Milli Sorğusunun (National Survey of Family Growth) göstəricilərini təhlil edib. Araşdırma nəticəsində o, müəyyən edib ki, 18-25 yaş arasında evlənən cütlüklərin boşanma ehtimalı daha yüksəkdir. 28-32 yaş arası evlənənlərin isə boşanma ehtimalı aşağı düşür. Lakin boşanma ehtimalı 32 və 40 yaşlarda yenidən artır. Sosioloqun sözlərinə görə, 32 yaşından sonrakı hər il boşanma ehtimalı 5 faiz daha çox artır.

“28 ilə 32 yaş arasında insanların ömür-gün yoldaşı tapmasının və evlənməsinin bir çox məntiqli səbəbi var. İnsanlar evləndikləri şəxs ilə həqiqətən razılaşdıqlarını, yoxsa sadəcə hormonları tərəfindən idarə edildiyini anlayacaq qədər formalaşmış olur. Məsuliyyəti dərk edir və maddi baxımdan da ailəsini təmin edə biləcək vəziyyətdə olur”, - deyə o bildirib.

 






Fikirlər