03.05.2014. - "Sənətçilərin normal dolanmağı günahdır?" - ƏJDƏR HƏMİDOV/FOTO

03.05.2014. -  "Sənətçilərin normal dolanmağı günahdır?" - ƏJDƏR HƏMİDOV/FOTOKütləvi informasiya vasitələrində tanınmış kinoaktyor, əməkdar artist Əjdər Həmidovun bizneslə məşğul olduğu və açdığı dükanda köhnə, yararsız qidaların satılması barədə məlumatlar yayılıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı anspress Əjdər Həmidovla əlaqə saxladıq. O bildirib ki, onu şantaj edirlər.
İlk öncə deyim ki, hansısa jurnalist məni şantaj edir. Çünki deyirlər ki, mənim 2 dükanım var. Əvvəla onu deyim ki, mənim adıma 1 dükan var. Həmin mağazanı da kürəkənlərim işlədir. Mən, sadəcə olaraq, ağsaqqal kimi orada oluram və nəzarət edirəm. İkincisi də, öyrəniblər ki, sənət adamları acından ölsünlər. Sənət adamlarının normal dolanmağı günahdır?” - deyə Ə.Həmidov bildirib.

Sənətçi pendir məsələsilə bağlı bildirib ki, köhnə olduğu iddia olunan məhsul bağlı qutuda olub. Qutunun üstündə yararlılıq müddəti bitməyib. Pendirləri də firmalar gətirir.

Firma gətirdiyi pendiri açıb, içini yoxlamırıq ki, təzədir, ya köhnə. Köhnə məhsul olanda qaytarırıq firmanın özünə. Bu, dükanın yox, firmanın günahıdır. Əgər məhsul köhnə idi, mənə göstərəydi. Məhsulu dəyişə, ya da pulunu qaytara bilərdik. İstəsəydi, 2 pendir də üstündə verərdik. Demək, həmin şəxsin məqsədi mənə qarşı təbliğat aparmaqdır”, - deyə Əjdər Həmidov bildirib.

Onun sözlərinə görə, hazırda dükanında əlavə olaraq bir neçə ailə çörək qazanır. Sənətçi satıcılara hər ayda 450 manat pul verir. Əməkdar artist deyir ki, mənə pislik edən adam təkcə mənə yox, bir neçə ailəyə ziyan vurur.

Bir də, həmin adam hələ sübut etməyib ki, köhnə pendiri bizdən alıb. Bəzən elə olur ki, kimsə cibində köhnə xama alıb gətirir və piştaxtada düzülən xamaların yanına qoyur. Sonra da başlayır hay-küy salmağa. Bəziləri istəyir ki, məni ilişdirsin. Elə bil biz bu vətənin övladı deyilik. Bu qədər də olmaz”, - deyə Əjdər Həmidov əlavə edib.


03.05.2014. -  "Sənətçilərin normal dolanmağı günahdır?" - ƏJDƏR HƏMİDOV/FOTO






Fikirlər