31.05.2014.- “AzərTac”la “Səudiyyə Press” memorandum imzaladı

31.05.2014.- “AzərTac”la “Səudiyyə Press” memorandum imzaladıAzərTac”la “Səudiyyə Press” agentliyi arasında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclası çərçivəsində informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum imzalanıb.

ANS-nin məlumatına görə, Memorandumu Dünya xəbər agentlikləri konqresinin sədri Abdullah bin Fəhd əl-Hüseyn və “AzərTac”ın baş direktoru Aslan Aslanov imzalayıb.

Sənəd tərəflərin xəbər, fotoşəkil, təcrübə və jurnalist mübadiləsini, üzv olduqları beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.


"AzerTaym.az"






Fikirlər