Bu gün 13-ü, cümə GÜNÜDÜR...

“Bu gün 13-ü, cümə günüdür

Ayın 13-ü, cümə günü” mifini yəqin bir çoxumuz eşitmişik. Deyirlər hansı ayın 13-ü cümə gününə düşürsə, o gün dünyanı şeytan idarə edir, həmin gün uğursuzluqlar yaşanır.

Qafqazinfo” xəbər verir ki, ayın 13-nün cüməyə təsadüf etməsi hələ qədimdən mistik məna daşıyıb. Miflərə əsasən, ayın 13-ü cüməyə düşəndə qaniçənlər, əcinnələr və s. şeytani qüvvələr bir yerə yığışıb iblislər məclisi, şənlik təşkil edirlər. İnanca görə, gecəyarısı onlar dəhşətli əməllər törədirlər.

Belə xurafatlardan başqa, dünyanın bir çox ölkələrində bu günlə bağlı maraqlı araşdırmalar da aparılıb. Belə ki, 1993-cü ildə “Cümə sağlamlıq üçün ziyanlıdırmı?” adlı araşdırmada müəllif bir neçə il boyunca ayın 13-ü cümə günlərinə təsadüf edən qəzaların siyahısını tutub.

Məlum olub ki, həmin günlərdə yol qəzalarının sayı başqa günlərə nisbətən xeyli çox olur. Lakin bir Alman Sığorta Mərkəzi 2008-ci ildə bunun əksinə olan bir hesabatla çıxış edib. Aparılan araşdırmaya əsasən, ayın 13-ü cüməyə təsadüf edən günlərdə daha az qəza, oğurluq və yanğın olur.

Amma necə deyərlər “hər anın öz hökmü var”, bu əfsanələr və rəvayətlər insanların şəxsi inanclarını dəyişməyə qadir deyil.






Fikirlər