500 kq çəkisi olan qadın 25 il sonra evdən çıxıb - 400 kq ARIQLAYACAQ
Dünyanın ən kök qadını əməliyyat olunacaq. AzerTaym.az BakiPost.az-a istinadən xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində yaşayan İman Əhməd Əbdüati adlı qadının mədəsi kiçildiləcək. 500 kq çəkidə olan 36 yaşlı qadının 3 il ərzində 400 kq arıqladılması və 100 kq çəkiyə salınması planlaşdırılıb. 6 ay xəstəxana şəraitində qalmalı olan Əbdülatinin müalicəsi pulsuz olaraq həyata keçiriləcək. O, əməliyyət olunmaq üçün artıq Hindistanın Mumbay şəhərinə gətirilib. Məlumata görə, Saifee xəstəxanasına yerləşdirilən qadın 25 ildən sonra ilk dəfə evdən çıxıb. Maraqlı məqam isə ondan ibarətdir ki, yerindən qalxa bilməməsi səbəbindən viza üçün müraciət edə bilməyən qadına Hindistan hökuməti kömək edib. Hindistanın Qahirə konsulluğu Əbdülatinin viza müraciətini rədd edib. Ancaq əməliyyatı həyata heçirən cərrah Müfəzzəl Lakdavala "Twitter” də Xarici İşlər Nazirliyinə etdiyi çağırışdan sonra Əbdülatiyə viza verilib. Məlumat üçün bildirək ki, anadan olarkən fil xəstəliyi diaqnozu qoyulan qadının sağ qolu və sağ ayağı işləmir. O, 11 yaşından bəri artıq çəki səbəbi ilə evdən çıxmayıb.