Konçita “intihar” etmək istəyir — VİDEO
Avstriya müğənni Tom Noyvirt bundan sonra karyerasına öz adı ilə davam etmək istəyir. “Ölkə.Az” xəbər verir ki, daha çox Konçita Vürst kimi tanınan müğənni ləqəbi ilə yaşamaqdan yorulduğunu bildirib. O, Almaniyanın "Die Welt” qəzetinə verdiyi müsahibədə bildirib ki, səhnə obrazı ilə vidalaşmaq istəyir. "Eurovision - 2014" mahnı müsabiqəsininqalibi olan Konçita ifa etdiyi qadın obrazını birdəfəlik yox etmək istədiyini bildirib. “Mən "Eurovision” müsabiqəsindəki qadın sayəsində çox şey qazandım. Artıq mən bu obrazın son mərhələsindəyəm. Mənə bu obrazdan daha heç nə lazım deyil”, - deyə Konçita bildirib. Qeyd edək ki, "Saqqallı xanım" kimi tanınan müğənni Konçita Vurst əvvəl kişi musiqi qrupunun lideri Tom Noyvirt (Tom Neuwirth) kimi tanınıb. Sonralar isə özünə Konçita Vurst səhnə adı götürüb. Tom Noyvirt 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində doğulub. Hazırda Venada yaşayan 26 yaşlı Konçita, yəni Tom uşaq yaşlarından "Eurovision"un fanatı olduğunu deyir. 2006-cı ildə pop ifaçıların yarışlarına qatılıb və ikinci yeri tutub. 2007-ci ildə pop-rok "Jetzt anders" kişi qrupunu yaradıb. Bu qrupun fəaliyyəti bir neçə ay davam edib. 2011-ci ildə Moda məktəbini bitirib.