Emin bu qızla elə bir klip çəkdirdi ki... - FOTO / VİDEO

Emin bu qızla elə bir klip çəkdirdi ki...

Rusiyada yaşayan iş adamı, bəstəkar və müğənni Emin Ağalarov yeni klipinin çəkilişini başa çatdırıb. 

İstiPress-in məlumatına görə, bu barədə o öz "İnstagram" səhifəsində yazıb. İfaçının növbəti klipindəki duet ortağı Keti Topuriya olub. 

Emin və Keti köhnə dostdurlar. Ekstrimal şəraitdə çəkilən klip "Əgər sən yanımdasansa" ("Если ты рядом") adlanır. Çəkilişlər beşmərtəbəli binanın damında olub. İfaçı səhifəsində klipin çəkilişlərindən görüntülər də paylaşıb.

Xatırladaq ki, Emin və Keti bundan öncə də birlikdə klip çəkdiriblər. "Naçistotu" klipində ifa edən ancaq Emin olub. Keti isə model kimi rol alıb. Tamaşaçılara uzun müddət ancaq arxadan görünən bu gözəlin kim olduğunu tapmaq üçün uzun müddət fikirləşmişdilər. 

 






Fikirlər