Tatlısəsə qəzalı təyyarə satan şəxslər FETO-çu ÇIXDI

FETO-nun müğənni İbrahim Tatlısəsin başına bəla olduğu ortaya çıxıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 2010-cu ildə iş adamı Faruk Bayındırın qayınatası Əhməd Özbeyin 6 milyon dollar məbləğində satdığı təyyarəni almaq istəyib, lakin təyyarə qəzalı çıxdığı üçün ödəniş etməyib. Əhməd Özbey İbonun Etilərdəki 6 milyon dollarlıq villasını müsadirə etdirib və hərracda 1 milyon 530 min lirəyə alıb. İbo satışın ləğvini istəsə də, yerli məhkəmə onun tələbini qəbul etməyib.

Qeyd edək ki, iş adamı Faruk Bayındır və Əhməd Özbey indi FETO-çu olaraq axtarışdadır. İşə baxan prokuror FETO-dan həbs edilib. 5 hakimdən 2-si peşəsindən uzaqlaşdırılıb. Digər 3 hakim isə axtarışdadır.






Fikirlər