Beş qardaşa ərə gedən Raco Verma — FOTOLAR

Hindistanda qəribə hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, gənc hindli qız 5 qardaşa birdən ərə gedib. Hazırda Verma 5 qardaşla birlikdə eyni damın altında yaşayır. 2013-cü ildə baş tutan nikahdan tərəflər məmnundur. Hazırda Vermanın 25 yaşı var. O, hər gün ərinin biri ilə yatır və dünyaya gələn oğlunun əslində kimdən olduğunu dəqiq bilmir.

Vermanın ərləri: San-Ram Verma 32 yaş, Bacu Verma 36 yaş, Qopal Verma 30 yaş, Quddu Verma  25 yaş, Dineş Verma 23 yaş.
Raconun bu nikahdan Cey Verma adlı oğlu da var. Bu nikah qəribə görünsə də, Şimali Hindistanda qədimdən belə bir adət var. Dehradun yaxınlığında kiçik bir kənddə qadın ilk ərinin bütün qardaşlarına ərə gedir.

Çoxərlilik ənənəsi "Mahabharata" dastanında da qeyd edilib. Bu hindli kultunun bir parçasıdır. Dastanda kral Pançanın qızı Draupadinin həyatı təsvir edilib. Draupadi 5 qardaşa ərə gedir.

Bu adət vaxtilə Hindistanda geniş yayılsa da, hazırda çox nadir hallarda rast gəlinir. Bu təcrübə həm də ailə də kənd təsərrüfatı sahələrini möhkəmləndirmək üçün nəzərdə tutulub. Hazırda bu adətə Himalay yaxınlığındakı bəzi kəndlərdə və Tibetdə rast gəlmək mümkündür. Çin və Hindistanda qadınların azlıq təşkil etməsi bu adətin qorunub-saxlanmasına xidmət edib.






Fikirlər