“Niyə siyasətə gedənlərin hamısı sonralar türməyə, TAMERLAN QARAYEV isə vəzifəyə gedib???”
“Sevinc Osmanqızının Tamerlan Qarayevlə bağlı iddiası etiraza səbəb oldu...” yazı başlığı isə Sevinc Osman qızının "Moderator.az"saytına verdiyi müsahibəylə tanış olduqdan sonra fikrini bildirən, tanınmış təhlükəsizlik eksperti İlham İsmayılın müəllif yazısının sərlövhəsidir... İlham İsmayıl Tamerlan Qarayev açıq şəkildə müdafiə edir... Pravdainfo.org-a bu barədə münasibətini göndərən, vaxtilə Ədliyyə Nazirliyi sistemində işləmiş, müəmmalı ölümü ilə yaddaşlarda qalmış müğənni Nəzakət Məmmədovanı yaxından tanıyan, həyatına bələd olan, hazırda Rusiyada yaşayıb-işləyən ədliyyə polkovniki R.Zamanov maraqlı məsələlərə toxunub. R.Zamanovun geniş açıqlaması hazırda çapa hazırlanır... O, belə bir sualla İlham İsmayılova müraciət edir: “...İlham bəy, Sizi yaxşı tanıyıram və böyük hörmətim var... Amma bir suala cavab istərdim: Tamerlan Qarayev milli azadlıq hərakatında öndə güdən idi. Ali Sovet sədrinin 1-ci müavini kimi... AXC-nin Ali rəhbərliyində idi... Necə oldu ki, o insanların demək olar hamısı türmələrə getdi, həbsdə oldu, amma Tamerlan Qarayev hər dəfə yüksək vəzifələrə getdi??? Onun ətrafına toplayıb, öz məqsədlərinə nail olandan sonra yalqız, yiyəsiz buraxdığı gənc siyasətçiləri isə Allahın ümidinə buraxıb səfirliklərdə kef çəkməkdədir... Onun Çində, Hindistanda, indi də İndoneziyada hansı ticarət işləri ilə məşğul olduğunu Rusiyada da eşidib bilirik...”.
Daha geniş yazı az sonra təqdim ediləcək.