BakiPost.az-ın verdiyi məlumata görə, şəhər sakini Ruslan Dadaşov 2 çaydan çay, 2 qab mürəbbə, 2 paxlava və 2 qab ləpəyə görə bu qədər hesab ödəyib.
R. Dadaşovun feysbukda paylaşdığı qəbzlərdən görünür ki, kafe 2 paxlavanı 10, 2 qab ləpəni 12, 2 mürəbbəni isə 10 manata satıb. Çay isə müştəriyə 2 manatdan verilib.
Maraqlı məqam isə ondan ibarətdir ki, müştəri bu qədər çərəzi özü sifariş etməyib. Belə ki, R. Dadaşov kafe sahibinin öz qaydaları olduğunu və çay dəstgahı olmadan müştəriyə sadə çay verilmədiyini bildirib.
"Çayxana "Park bulvar”dan Hökumət Evinə doğru gedən yoldadır. Günbəzli bir yerdir. Başa düşmürəm ki, bir qab mürəbbə 5 manatdan, bir qab ləpə 6 manatdan, bir paxlava isə 5 manatdan hesablanır, bəs niyə qiymətləri tənzilməyən bir qurum yoxdur?”, - deyə şəhər sakini etiraz edib.
Məlumat üçün bildirək ki, çayxana Hüseynov Sahib adlı fiziki şəxs tərəfindən idarə olunur. Bu barədə məlumat qəbzdə əks olunub.
Bu, bulvardakı kafelərdə olan tariflər və şərtlər barədə ilk şikayət deyil. Bulvar İdarəsi isə müştərilərə "Qaynar xətt”lə (055 282 70 00, 012 480 18 36) əlaqə saxlamağı tövsiyə edir.