“Azərsu” ASC-nin vəzifəli şəxsi intihar edib – Səadət Butaya AGIR İTKİ
Tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səadət Butaya ağır itki üz verib. “AzerTaym.az ” Mia.az-a istinadən xəbər verir ki, onun Binəqədi rayonu, Biləcəri qəsəbə sakini olan 47 yaşlı oğlu Məmməd Abdullayev yaşadığı evdə özünü asıb. Məlumata görə, mərhum “Azərsu” ASC-nin Müştəri Xidmətləri Departamentinin “Ərizə və Şikayətlər” şöbəsində işləyirmiş… Mərhum sabah dəfn olunacaq. Allah rəhmət eləsin!