Ölkəmizdə bu cərrahiyyə əməliyyatına İCAZƏ VERİLDİ

Gözün buynuz qişasının idxalı və transplantasiyasına icazə verilib.

Azərbaycanda gözün buynuz qişasının transplantasiyasına icazə verilməsi ilə bağlı qanunlara dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

AzerTaym.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlara dəyişikliklər layihəsinə əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilir.

Layihələr səsə qoyularaq qəbul olunub.






Fikirlər