TRT-də qalmaqal - 8 rəhbər işçi İŞDƏN ÇIXARILDI
TRT-nin baş direktoru Şenol Göka keçən həftə istefa vermişdi. AzerTaym.az bildirir ki, dünən isə 8 nəfər rəhbər vəzifədən uzaqlaşdırılıb. Vəzifədən uzaqlaşdırılanlar arasında baş nazirin köməkçisi Numan Kurtulmuş katibliyindən TRT-də vəzifəyə gətirilən Bünyamın Korkmaz, Ş.Gökanın şəxsi katibi Alper Altuğ, Musiqi Departamentinin rəhbəri Amber Türkmen, Xarici əlaqələr bölməsinin müdiri Çağlar Tankur da var.
İstefanın ardından olan bu işdən çıxarılmalar mediada böyük səs-küyə səbəb olub.