"Maşın şou": İki məşhur xanım arasında gərginlik (FOTOLAR)
Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” şouda final gecəsi keçirilib. “Qafqazinfo” xəbər verir ki, yarışmanın son günü gərgin məqamlarla yadda qalıb. Belə ki, layihənin aparıcısı Murad Dadaşov səhnəyə qonaq kimi Natavan Həbibini dəvət edib. Müğənni efirə çıxaraq “Qayıt geri” mahnısını səsləndirib. Bu zaman bütün gözlər Oksana Rəsulovada olub. Uzumüddətdir ki, küsülü olan iki tanınmış bir-birilərini görməzlikdən gəlib. Natavan bütün şounun iştirakçıları ilə görüşüb. Sıra Oksana Rəsulovaya gəldikdə isə üzünü çevirib. Gərginlik canlı efirdən belə hiss olunub. Xatırladaq ki, bir müddət əvvəl rəfiqə olan müğənni və rəqqasə iki ildir ki, danışmırlar. Onların dostluğunun bitmə səbəbkarı kimi prodüser Tolik göstərilir. Belə ki, Natavanla Tolikin barışmasını Oksana qəbul etməyib və münasibətə son qoyub.