Kəbədə bayram namazı qılınıb (VİDEO)

Kəbədə bayram namazı qılınıb (VİDEO)Həcc ziyarətinin ən həyəcanlı məqamlarından biri olan “bayram namazı” bu səhər Kəbə ətrafında milyondan çox zəvvarın iştirakı ilə böyük coşğu ilə qılınıb.

ANS-nin məlumatına görə, Həcc ziyarətini yerinə yetirmək üçün dünyanın dörd-bir yanından Səudiyyə Ərəbistanına gələn zəvvarlar Qurban bayramının ilk gününü böyük coşğu ilə qarşılayıb. Bayram namazı üçün Kəbeyi-Şərif ətrafına toplaşanlar bayram namazından sonra bir-biri ilə bayramlaşaraq, dualar ediblər.

Namazdan sonra zəvvarlar Müzdəlifədə topladıqları daşları götürüb Mina dağına hərəkət edib və burada Şeytana daşlayıblar.

Azərbaycanda isə bayram namazı sabah saat 9-da Təzəpir də daxil olmaqla ölkənin bütün məscidlərində qılınacaq. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ayın görünməsindən asılı olaraq Azərbaycanda sabah qurbanlar kəsiləcək.







Fikirlər