11.02.2014. - Zəlzələ surəsi - Ayət namazı. VİDEO

11.02.2014. -  Zəlzələ surəsi - Ayət namazı. VİDEO11.02.2014. -  Zəlzələ surəsi - Ayət namazı. VİDEO Adətən zəlzələ baş verən məqamda ibadətlə məşğul olanlar ayət namazı qılırlar…
Müqəddəs Qurani-Kərimdə ayrıca “Zəlzələ surəsi” var və bu təhlükəli məqamlarda həmin surə dərhal yada düşür.

Ayət namazı vacib namazlardan biridir. Ayət namazı Günəş və Ay tutulduğu, zəlzələ, yaxud insanların qorxmasına səbəb olan bu kimi təbiət hadisələri baş verən zaman qılınmalıdır. Əgər eyni gündə həm günəş tutularsa, həm də zəlzələ baş verərsə, onların hər biri üçün ayrı-ayrılıqda Ayət namazı qılmaq lazımdır. Ayət namazı hadisənin canlı şahidi olanlara vacib olur. Yaxşı olar ki, Ayət namazı hadisə baş verəndə qılınsın.Vaxtı keçdikdə isə qəza niyyəti ilə namaz qılmaq lazımdır.

Ayət namazı iki rükət qılınır. Niyyət etdikdən sonra Həmd və İxlas surələri oxunur, rüku yerinə yetirilir, sonra rükudan qalxıb yenidən Həmd və İxlas surələri təkrar oxunur və bu əməl beş dəfə təkrar olunur. Beşinci rükudan sonra iki səcdə yerinə yetirilir. İkinci rükət də eyni qaydada təkrar olunur, təşəhhüd və salamlarla sona çatdırılır
.


11.02.2014. -  Zəlzələ surəsi - Ayət namazı. VİDEO






Fikirlər