“Sizi mənim əlimdən heç kim ala bilməyəcək” -Vüsalə Mahirqızı

 “Sizi mənim əlimdən heç kim ala bilməyəcək” -Vüsalə MahirqızıAzərbaycanda APA agentiliyin adına oxşar sayt yaradılıb

Yeni yaradılan saytın adı APANEWS.az-dır. Saytın baş redaktoru və təsisçisi Əflatun Məmmədov adlı şəxsdir. “APA Holding” in rəhbərliyi buna etirazını bildirib. Holdingin prezidenti Vüsalə Mahirqızı “Facebook” sosial şəbəkəsində yazıb ki, məsələni məhkəmə müstəvisində həll edəcək:

“APA adı ilə sayt açanlar, bizim adımızdan istifadə eləyənlər, xəbərləriniz gəlib çatır. Sizi məhkəmədə mənim əlimdən heç kim ala bilməyəcək. Heç kimə güvənməyin. APA adının rəsmi patenti bu şirkətdədir. Hamısını tək-tək məhkəməyə verəcəyik”.

Qeyd edə ki, hazırda “APANEWS”a giriş bağlanıb.(aznews.az)






Fikirlər