AzTV-də kütləvi ixtisarlar: 70 nəfər İŞDƏN ÇIXARILIR

Azərbaycan Televiziya və Radiosunda ciddi ixtisarlar başlayıb.

Ovqat.com-a bu barədə məlumatı vaxtılə Azərbaycan Televiziyasında işləyən əməkdaş verib.

Mənbə bildirir ki, televiziya və radiodan ümumilikdə 70 nəfərin çıxarılacağı gözlənilir. İxtisara göndərilən arasında ünlü adların da adları var. Əməkdar jurnlaistlərin çoxluq təşkil etdiyi siyahıya toxunmaq bir qədər çətin olduğundan rəhbərlik ixtisara aşağı ranqlı əməkdaşlardan başlayıb.

İlk ixtisara düşən isə Radionun proqram direktorunun müavini vəzifəsində çalışan Yura(Rəhlan Quluzadə) olub. O, artıq dünən vəzifəsindən azad olunub. Onun yerinə radionun əvvəlki sədri Cavanşir Cahangirov gətirilib.

 






Fikirlər