Yeni rəqs növü ilk dəfə AZƏRBAYCANDA

Yeni rəqs növü ilk dəfə Azərbaycanda

Bakıda ilk dəfə olaraq YARAT Freestyle və "DanceAbility Azerbaijan" şirkətinin birgə təşkilatçılığı ilə "DanceAbility – İnklüziv rəqs” ustad dərsləri təşkil olunub. Dərslər tanınmış rəqs pedaqoqu Nigar Sultanova-Yıldırım tərəfindən keçirilir.

"DanceAbility" sağlamlıq məhdudiyyəti olan və olmayan hər kəsə açıq özünəməxsus rəqs metodologiyasıdır. Bu metodologiya 1987-ci ildə ABŞ-da, Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Alito Alessi son 30 il ərzində dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlarda iştirakçılarla iş prosesindən bəhrələnib. 

Hazırda "DanceAbility" rəsmi olaraq Azərbaycanla yanaşı Avstriya,
Finlandiya, Honq Konq, Meksika və Uruqvayda fəaliyyət göstərir. "DanceAbility" intuisiya, yaradıcı proses, dinləmə və ünsiyyəti inkişaf etdirməyə kömək edir. Bu kömək müqabilində toplum, inklüzivlik və rifah qazanır. Dərslər hər bir kəsə
uyğundur. Peşəkar və həvəskar rəqqaslar, autizm və daun sindronumlu, nitq, görmə və eşitmə məhdudiyyətli, eləcə də serebral iflicli şəxslər, fiziki və əqli fərqliliklərdə olan insanlar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün
müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər kəs bu dərslərə qatıla bilər.
Dərslər 18-30 sentyabr tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək və iştirakçıların birgə yekun performansı ilə başa çatacaq. Dərslərdə iştirak ödənişsizdir.



Əlaqə üçün: [email protected]
Tel: 051 415 16 85






Fikirlər