Krallar və şahzadələr Bakı KAFESİNDƏ
Eyni zamanda şeyx Məhəmməd kimi tanınan Dubay əmiri, 2006-cı ildən BƏƏ-nin baş naziri və vitse-prezidenti Məhəmməd ibn-Rəşid Əl-Məktum və onun dördüncü, ən kiçik həyat yoldaşı Həya bint əl-Hüseyn Dubaydakı “City Walk” ticarət mərkəzində yerləşən yeni kafedə görünüblər. Kafe “Baku” adlanır. Virtualaz.org ərəb mediasına istinadən xəbər verir ki, kral ailəsi yeni restoranda Azərbaycan mətbəxinin təamlarını dadıb.Qeyd edək ki, Həya bint əl-Hüseyn şahzadədir – İordaniyanın hazırkı kralı II Abdullanın bacısıdır. Şeyx Məhəmmədin dördüncü arvadı 1974-cü ildə anadan olub və Dubay əmirindən 25 yaş kiçikdir.Kral ailəsi ötən həftə açılmış kafenin ilk müştərilərindən olub.