Tolikə VƏZİFƏ verildi

Tolikə VƏZİFƏ verildi

Tanınmış prodüser Tarix Əliyevə vəzifə verilib.

AzerTaym.az xəbər verir ki, bu barədə Tolik özü məlumat verib. O, deyib ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertlərinin təşkilatçısı vəzifəsinə təyin olunub:

“15 illik prodüserlik fəaliyyətimdə heç bir dövlət idarəsində işləməmişəm, yalnız fərdi olaraq çalışmışam. Bu gün iş həyatımda çox ciddi qərar qəbul edildi. Gəncədə yeni inşa edilmiş möhtəşəm filarmoniyada məni rəsmi şəkildə işə götürdüyü üçün buranın direktoru, xalq artisti Samir Cəfərova təşəkkür edirəm. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mənə görə çox doğmadır. Düz 6 ildir ki, ölkəmiz üçün əlamətdar olan bayramlarda mən Gəncədə təşkil olunan xalq konsertlərinin təşkilatçısı olmuşam. Gəncə ötən il "Avropa Gənclər Paytaxtı" seçiləndə də bu mötəbər hadisənin konsert təşkilatçılığı mənə həvalə olunmuşdu. Gəncə Dövlət Filarmoniyasında uğurlu tədbirlər ərsəyə gətirəcəyimizə inanıram. Əməyimin bəhrəsi kimi dövlət müəsisəsində ştata götürüldüm. Prodüser kimi bir ilkə imza atmaq yenə mənə nəsib oldu”.






Fikirlər