İ.Əliyev son 1 ayda ikinci dəfə- Gəncədə+Fotolar

İ.Əliyev son 1 ayda ikinci dəfə- Gəncədə+FotolarPrezident İlham Əliyev 50 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb

Noyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.
"AzerTaym.az"-ın məlumatına görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İlham Əliyevə yeni qəsəbə barədə məlumat verib.


Bu qəsəbə Prezidentin 2004-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Əlavələrə əsasən inşa olunub.

Qəsəbə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşir. 60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbədə Kəlbəcər rayonundan və Xocalıdan ölkənin müxtəlif ərazilərində, o cümlədən Gəncə şəhərində və Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaşayacaq.


Prezident İlham Əliyev 50 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

İ.Əliyev son 1 ayda ikinci dəfə- Gəncədə+FotolarDövlət başçısı Xocalı rayon Kosalar kənd tam orta məktəbində də olub.

Prezident İlham Əliyev yeni qəsəbədəki mənzillərdə yaradılan şəraitlə də tanış olub.
Burada 60 birotaqlı, 255 ikiotaqlı, 230 üçotaqlı və 55 dördotaqlı mənzil var.

Dövlətimizin başçısı məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitdən razılığını bildirib.


İ.Əliyev son 1 ayda ikinci dəfə- Gəncədə+Fotolar
İ.Əliyev son 1 ayda ikinci dəfə- Gəncədə+Fotolar






Fikirlər