"İlham Əliyev Əli Həsənovla yallı gedirdi..."-Elmira Axundova

"İlham Əliyev Əli Həsənovla yallı gedirdi..."-Elmira Axundova Birdən-birə bizim musiqimiz olan "Yallı" havası səsləndi. Bu zaman İlham Əliyev, Əli Həsənov və Asim Mollazadə bir-birinin əlindən tutaraq yallı getməyə başladılar. İlham Əliyevin yallı oynaması heç vaxt yadımdan çıxmaz”.

Bunu azvision.az-a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova deyib.
O, Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib və ölkə başçısı ilə bağlı xoş xatirəsini bölüşüb: “2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycanın Avropa Şurasına qəbul olunmasından sonra tədbir təşkil edilmişdi. İlham Əliyev də Neft Şirkətinin vitse-prezidenti kimi həmin tədbirdə iştirak edirdi. O da Azərbaycan nümayəndə heyətinin üzvü idi. Mən də bir jurnalist kimi o tədbirdə iştirak edirdim. İlham Əliyev həmin tədbirdə nitq də söyləmişdi. Həmin tədbirlə əlaqədar olaraq bizim bayrağımız da orada dalğalanmışdı.
Tədbirdən sonra Azərbaycan rəsmi qəbul elan etdi. Ermənistan da rəsmi qəbul elan eləmişdi. Çox maraqlı bir epizod baş verdi. AŞ-ın üzvləri əvvəlcə Ermənistan tərəfinin tədbirində iştirak etmişdilər. Sonra Azərbaycanın tədbirinə gəlmişdilər. Bizim üçün dadlı yeməklərdən təşkil olunmuş gözəl süfrə açılmışdı. Ermənistan nümayəndə heyətinin bütün üzvləri qaçıb bizim tədbirə gəlmişdilər. Biz isə onlara gülüb, yaxşı süfrə aça bilmədiklərini söyləyirdik.
Birdən-birə bizim musiqimiz olan "Yallı" havası səsləndi. Bu zaman Əli Həsənov, Asim Mollazadə, İlham Əliyev bir-birinin əlindən tutaraq yallı getməyə başladılar. Sonra mən məqalə yazanda yumorla qeyd etdim ki, çox gözəl və nümunəvi haldır ki, həm iqtidar, həm müxalifət bir yerdə yallı gedərək öz sevinclərini bir yerdə bölüşürlər. Kaş ki həmişə belə olaydı. Mən isə həmin anın şəklini çəkdim və kitabımda paylaşdım. Kaş iqtidar və müxalifət belə bir ümummilli məsələlərdə, bax belə bir birlik göstərərdilər. İlham müəllimin yallı getməsi heç vaxt yadımdan çıxmaz”.






Fikirlər