"ŞƏHİDin ATASInda SƏHV AXTARMAZLAR, KəramƏT!"

Image result for aynur camalqızı

Dostlar, təəssüflər olsun ki, Kəramət Böyükçölün son məlum statusunu çox gec - bu gün gördüm. Keşkə, tez görsəydim, həmən sildirərdim, sözümdən çıxmazdı və gərəksiz, zərərli müzakirələr bu qədər uzanmazdı.

Bu sözləri Gündəlik Teleqraf MMC-nin rəhbəri Aynur Camalqızı sosial şəbəkədəki statusunda bildirib.

"Öncədən deyim ki, Kəramətin yazdıqlarının tamamilə əleyhinəyəm, bölüşmürəm, pisləyirəm. Yazmamalıydı. Amma nəzərə alın ki, bizim media qrupunda hər gün sosial şəbəkələrdə nə etdiyini, nə yazdığını izləməyin mümkünsüz olduğu qədər jurnalist çalışır. Mənim onların yazdıqlarını izləməyə fiziki imkanlarım çatmaz. Bu bir. İkincisi, mən hər işçinin işdən kənar etdiklərinə cavabdeh deyiləm. Elə bir rentgen aparatimız da yoxdur ki, nə düşündüklərini, nə yazdıqlarını öncədən öyrənə bilək. Sosial şəbəkələrdə hansısa lazımsız, ziyanlı bir fikir rastıma çaxanda dostcasına münasibətimi bildirirəm, rəyimə hörmət olunur və silinir. Bu qədər. Amma indi baxıram ki, Kəramətin yazdıqlarını qəbul etməyənlər onun iş yerini və məni də olaya qatmağa düşük cəhd göstərirlər. Dostlar, əminəm ki, Kəramət bir kafedə kiminləsə dalaşıb polisə düşsə, məni qınamazsız. Amma "Feysbuk"da yazdığı statusa görə mən də hədəf seçilirəm. Niyə??? Hər kəsin öz fikirlərini ifadə etmək hüququ var. Və hər kəs özünü ifadə edir. Mən sosial şəbəkələrdə yalnız öz yazdıqlarıma cavabdehəm və öz fikirlərimə görə məsulliyət daşıyıram. Amma baxıram, mənimlə işləmək, Teleqraf Media Qrupunda təmsil olunmaq istəyilə dəfələrlə müraciət etmiş bəzi həmkarlarımız da ağzının köpüyünü dağıda-dağıda məni ittiham edir. Oxuyub gülümsəyirəm...

Nəhayət, Xəlil Rza haqqında... Xəlil Rza bu xalqın və bu dövlətin dəyərlərindən biridir. Mən hələ uşaq idim. Atam danışırdı ki, Pedaqoji İnstitutda təhsil alarkən Xəlil Rza adlı müəllimləri varmış.

Auditoriyada rusca danışan tələbələri cərimə edər, dərsdən çıxararmış. Sovetin asıb-kəsən vaxtından, milli azadlıq hərəkatının hələ işartıları olmayan illərdən danışıram mən. Bizim evimizdə Xəlil Rza atamın danışdığı ən sevimli mövzulardan biri idi və mən ağlım kəsəndən o böyük şəxsiyyəti, yumruq boyda ürəyində Azərbaycanın Azadlq arzularını daşıyan o böyük insanı sevmişəm. Millətçiliyini, azərbaycançılığını, türkçülüyünü, insanpərvərliyini, ruhunu, qəlbini, işığını... sevərək böyümüşəm. Ona layiq olmadığı bir söz deyən hesab edirəm ki, mənim inanclarımı, sevdiklərimi, dəyərlərimi, atamı söyür. O kişinin böyüklüyü ondadır ki, oğlunu müharibədən, hətta atəşkəs dövründə hərbi xidmətdən gizlədənlərdən fərqli olaraq, oğlunu - ciyərparasını Qarabağa göndərdi və Təbriz Qarabağ savaşında şəhid oldu. Şəhidin atasında səhv axtarmazlar, Kəramət! Şəhidin atasının əllərini, ayaqlarını, uyuduğu torpağı öpərlər... Allah Atam Xəlil Rzaya da, şəhid qardaşım Təbrizə də qəni-qəni rəhmət eləsin! Onların arzuları, xəyalları çin olsun!!!






Fikirlər