Bu TELEKANALLARIN hər birinə 600 MİN MANAT ayrıldı - SİYAHI

Yanvarın 30-da Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

İclasda Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi məsələsinə baxılıb.

Özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB TV”, “Space TV”) 600 000 (altı yüz min)  manat ayrılması barədə qərar qəbul edilib. 

İclasda həmçinin “Avto FM” radiosunun  ölkə ərazisində geniş miqyaslı yayımının təmin olunması üçün ona yeni tezliklərin ayrılması və “Azerspace-1” peykindən yayımına icazə verilməsi ilə bağlı qərar qəbul edilib.

AzerTaym.az






Fikirlər