Sərdar Ortaç SEVGİLİLƏR günü üçün həyat yoldaşından ELƏ BİR şey İSTƏDİ ki...
Türkiyəli müğənni Sərdar Ortaç model həyat yoldaşı Xloya Louqhnandan 14 fevral Sevgililər günündə ona “Playstation” və ya “İphone X” hədiyyə etməsini istəyib. Publika.az “Sozcu”yə istinadən xəbər verir ki, müğənni dünən restorandan çıxarkən görüntülənib. O, çıxışda mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Müxbirlərin “Sevgililər günündə xanımınıza nə alacaqsınız?” sualına müğənni "Keçən il gül almışdım. Bu ildə gül alacağam. Amma Xloya mənə “Playstation” və ya “İphone X” alsa super olar" deyərək zarafat edib. Daha sonra S.Ortaç nişan üzüyünü göstərib onu 400 TL-yə (təxminən 200 manat) aldığını deyib: “Bu üzüyü 400 TL-yə almışdıq. Bizim bahalı hədiyyə həvəsimiz yoxdur”. .