“İLHAMƏNİN YERİNİ HEÇ KƏS VERƏ BİLMƏZ” - Flora Kərimovadan GÖZLƏNİLMƏZ SÖZlər

“İlhamənin yerini heç kim verə bilməz” - Flora Kərimovadan gözlənilməz sözlər

"İlhamə Quliyeva haqq dünyasında ola bilməz. O xasiyyətlə, o, orada olmaz".

"AzerTaym.az" xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Səhər-səhər" verilişində deyib. Müğənni küsülü olduğu mərhum Xalq artisti İlhamə Quliyevadan danışıb. 

"Onun ifasını sevirdim. İlhamənin ifası ayrı idi. Mahnılarına möhür qoyan idi. Amma sənətkar mənim üçün başqa bir varlıqdır. Onun mahnılarını başqaları oxudu, amma İlhamənin yerini verə bilməzlər. O mahnılar ona yaraşırdı" deyə, Kərimova söyləyib. /axşam.az






Fikirlər