AYB Əsəd Cahangirlə bağlı açıqlama yaydı - Rəsmi
Azərbaycan Yazıçılar Birliyi tənqidçi Əsəd Cahangirin vəzifəsindən azad olunması haqda açıqlama yayıb. Axar.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytında yayımlanan açıqlamada deyilir: “Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Əsəd Cahangirin ərizəsini nəzərə alaraq onu öz xahişi ilə “Azərbaycan” jurnalının baş redaktor müavini vəzifəsindən azad edib. Əsəd Cahangirə Azərbaycan Yazıçılar Birliyində başqa iş təklif olunacaq”. - See more at:
Xatırladaq ki, Əsəd Cahangir Axar.az-a açıqlamasında vəzifəsinə davam etdiyini və bundan başqa, Azyb.az saytının idarəetməsinin ona həvalə olunduğunu bildirib.