22 il oncə - 20 noyabr tarixində Qarakənd yaxınlığında vurulmuş vertolyotda həlak olan Azərbaycanın keçmiş baş prokuroru İsmət Qayıbovun son müsahibəsi internetdə yayılıb.
"AzerTaym.az"Modern.az-a istinadən xəbər verir ki, 1991-ci ildə alınmış bu müsahibədə İ.Qayıbov Dağlıq Qarabağda baş verənlər barədə danışır. O, erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edir.
Baş prokuror həmçinin Sumqayıt hadisələri ilə bağlı şərh verir və bildirir ki, o, şəxsən 96 nəfər barəsində həbs-qəti imkan tədbiri seçib. Amma erməni separatçılarının törətədiyi cinayət nəticəsində asudə gəzmələrindən qəzəblə danışır. Quqarkda azərbaycanlılara qarşı tördələn dəhşətli qırğına görə cəmi 4 erməninin saxlandığını deyən İ.Qayıbov “Bu dəhşətdi. Biabırçılqdı”deyir. “Hər kəs öz günahına görə cavab verməlidir”-deyə, İ.Qayıbov vurğulayır. Mərhum baş prokuror 20 yanvar faciəsini “Azərbaycan xaqlnın öz müstəqilliyi uğrunda apardığı mübarizə” adlandırır və bildirir ki, “bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrı çıxmışdılar”.
Xatırladaq ki, İsmət Qayıbov ermənilər tərəfindən “qara siyahıya” salınmışdı. Baş prokurur Xankəndi və Dağlıq Qarabağın digər yerlərində ermənilər tərəfindən aparılmış etnik təmizləməni araşdıran istintaqa rəhbərlik etmiş, bu vəhşiliyin ermənilər tərəfindən törədildiyini subut etmişdi.
"AzerTaym.az"mərhum baş prokurorun son müsahibəsinin videosunu da təqdim edir: