46 YAŞLI CENNİFER LOPEZ gözəllik sirlərini açdı - FOTOLAR

46 yaşlı Cennifer Lopez gözəllik sirlərini açdı - fotolarİki uşaq anası, 46 yaşlı Cennifer Lopez gözəllik sirrlərini danışıb.

Axşam.az-ın məlumatına görə, Cey Lo "US Weekly" jurnalına gözəliiyini qorumaq üçün həddən çox əziyyət çəkdiyini deyib. O, ilk növbədə alkoqol və siqaretdən uzaq durduğunu vurğulayıb:

"Yaşlanmaq insanın dərisinə mütləq təsir edir. Qidalanmamda göyərtilərə çox üstünlük verirəm. Əkizlərim də, yaxşı ki, göyərtini xoşlayırlar. Evimizdə ən çox yediyimiz şeylər brokoli, Brüksel kələmi, qulançar (mərəçüyüt) və digər yaşıllardır".

Yemək bişirməyi sevən Cennifer tez-tez mətbəxə girir:

"Çoxlu yemək bişirirəm. Xüsusilə də, Puerto-Riko yeməklərini...".

İfaçı dərini günəşdən qorumanın vacibliyini də qeyd edib:

"Heç zaman günəşin altında çox qalmıram. Elə hallar vacib olanda isə mütləq qoruyucu kremlər sürtürəm".

Lopez hər zaman fürsət tapmasa da, 10 saat yatmağın ona çox yaxşı təsir etdiyini deyib. O, bəzən 7 saatla kifayətlənməli olur.

 

 

 

 

 

 

 

 

 






Fikirlər