NAZİR FLORA KƏRİMOVA üçün mahnı bəstələdi - Açıqlama
Bəstəkar Kamal kimi məşhur olan, Fövqəladə hallar naziri Kamaləddin Heydərov Xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib.
Bu barədə AzNews.az-a nəğməkar şair Baba Vəziroğlu məlumat verib. Şairin sözlərinə görə, müğənninin ifasında təqdim olunacaq mahnı gələn ayın sonuna kimi hazır olacaq. B.Vəziroğlu hazırda sözügedən mahnı üzərində iş getdiyini qeyd edib. Şair mahnının adını gizli saxlayıb.
Qeyd edək ki, K.Heydərov bəstəkar kimi uzun illərdir fəaliyyət göstəririr. Kamal ləqəbi ilə tanınan bəstəkar bir çox hit mahnıların müəllifidir.