Kəmaləddin Heydərov yeni mahnı bəstələyir - Açıqlama
Bu barədə AzNews.az-a şairin özü məlumat verib.
Şair Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla yaradıcılıq layihələrindən də söz açıb: “Əlbəttə. Layihələrimiz davam edir. Hazırda iş gedir. Layihədə kimlərin yer alacağı bilinmir”.
B.Vəziroğlu onu da bildirib ki, Kəmaləddin Heydərovla olan layihəsi və eyni zamanda “Sən oldun” adlı kitabı yeni ilin əvvəlində təqdim olunacaq.
Kitab CBS nəşriyyatında çapdan çıxacaq.
Qeyd edək ki, Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. O, mahnılarını "Kamal" imzası ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi "Nigaranam" mahnısı bunlardan ən məşhurudur. 2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında "Səndən nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, müğənni Röyanın və başqalarının ifasında yazılıb.
Bahar RÜSTƏMLİ
AzNews.az