Teleaparıcı SƏRXAN İLHAMƏ haqqında ŞOK faktlar açıqladı: "Hansı telekanala gedirdimsə, ZƏNG EDİB MƏNİ İŞDƏN qovdururdun..."
Politika.Az-ın məlumatına görə, S.Kərəmoğlu mərhumun ona haqsızlıqlar etdiyini vurğulayıb:
“Bax, bu, bizim son yeməyimiz oldu. Allah sənə rəhmət eləsin. Mənə etdiyin haqsızlıqlara görə, sənə halallıq verirəm. Bakıda və İstanbulda min bir əziyyətlə qurduğum evlərimi sənin prinsiplərin uğrunda dağıtdım. Mənim adıma min cür sözlər qoşub dostlarımla aramı vurdun.
Ən çətin zamanımda illər öncə idarə edəcəyim toyumdan sənə görə imtina etdilər, çörəyimdən oldum. Şou-biznesdə sənə görə, çox qapılar bağlandı, insanlar mənimlə düşmən oldu. Hansı kanala gedib, hansı verilişi aparırdım, zəng edib “Onu ordan qovun” deyirdin. Tanıdığın insanların əli ilə telekanallara zəng vurdurub məni qovdururdun.
Çox şeylər var ki, yaza bilmirəm. Mənə etdiyin və mənim sənə etdiyim hər şeyə görə halallıq verirəm. Bilirsən niyə? Çünki Orxan oğlun mənə öz övladlarım qədər əziz və doğmadı. Orxan, başın sağ olsun. Sən elə bir oğulsan ki, əvəzin yoxdur, sənin ürəyin böyükdür. Ölən günə qədər sənin arxandayam. Sənə dünyanın var-dövlətini etibar etmək olar, əsl oğulsan. İlhamə xanım, Allah sənə rəhmət etsin, günahlarını bağışlasın”.