RASİM BALAYEV: "İbrahimbəyovla görüşə məni heç dəvət etməyiblər”

Kinorejissor, ssenarist, dramaturq Rüstəm İbrahimbəyov rəhbərlik etdiyi Azərbaycan Kinemotoqrafçılar İttifaqının üzvləri ilə görüşüb.

Görüşdə İttifaqın düşdüyü durum və real vəziyyət müzakirə olunub. Əsasən İttifaqın İdarə Heyətinin iclası və qurumun növbəti qurultayının keçirilməsi müzakirə olunub. Görüşdə Xalq artisti, Kinemotoqrafçılar İttifaqının katibliyindən istefa versə də, İttifaq üzvü kimi qalan Rasim Balayev iştirak etməyib. Rasim Balayev Cebhe.info-ya açıqlamasında görüşə qatılmaması səbəblərindən danışıb. Bildirib ki, ölkədə olmadığından görüşdən xəbərsiz olub: “Ölkədə deyildim, səfərdə olmuşam. Bu gün gəlmişəm. Mənə görüş barədə heç nə deməyiblər və heç dəvət də etməyiblər. Amma mən Kinomotoqrafçılar İttifaqının üzvüyəm”.






Fikirlər