Türkiyəli məşhurlar SOYQIRIMI BELƏ ANDILAR...
Türkiyənin tanınmış simaları sosial şəbəkədə Xocalı faciəsi ilə bağlı paylaşımlar ediblər. Axşam.az-ın məlumatına görə, onlar belə bir hüznlü gündə Azərbaycan xalqına dəstək olduqlarını bildiriblər:
Müğənni Mustafa Ceceli - "Xocalı Soyqırımın 26-cı ildönümündə Azərbaycan şəhidlərini hüznlə yad edirik".
Aparıcı Ece Erken - "26 il əvvəl, bu gün...Xocalıda rəhmətə gedən aralarında qadın və uşaqların da olduğu 613 azərbaycanlı bacı və qardaşlarımızı yad edirik".
Müğənni Gülben Ergen - "Canım Azərbaycan, acımızı unutmadıq. Hörmətlə, hüznlə yad edirik".
Müğənni Sibel Can - "Kədəriniz, kədərimizdir...".