Nərimanov rayonunda Qurban Bayramı QEYD EDİLİR

Sentyabrın 1-i Müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Qurban bayramı münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. 

Hər il olduğu kimi, İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi veteranlarına, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, Qarabağ müharibəsi və Çernobıl qəzası əlillərinə, uşaq və tələbə, 20 yanvar əlillərinə və şəhid ailələrinə, rayonun ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərə, əlillərə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban əti və ərzaq yardımından ibarət 1600 bayram sovqatı paylanılıb.






Fikirlər