“Allah bir gün sizə qırmızı kart göstərəcək...” -İlahiyyatçıdan ŞOK xəbərdarlıq

Dilavar 

İslam dininə etiqad edənlər müsəlman adlanır. Lakin müsəlman olmaq üçün 5 vacib şərti yerinə yetirilməlidir. Bu 5 şərti yerinə yetirməyən insanın necə müsəlman olması sual altında qalır. Görəsən, onlar hansı dinin nümayəndələridir? Bu kimi suallar cəmiyyətimizdə maraq doğurduğundan tarixçi və ilahiyyatçılarla mövzunu araşdırmağa çalışdıq 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarixçi alim Dilavər Əzimli mövcud vəziyyəti Sovet hakimiyyətinin insanlara aşıladığı Allahsızlıq təfəkkürü ilə əlaqələndirib:

“İnanc üçün mühit olmalıdır. Sovet dönəmi bizim mentaliteti çox dəyişdi. Sovet dönəmində inanclı insanlar təzyiqlərə məruz qaldı. Allahsız cəmiyyət formalaşdırıldı. Simalı din xadimləri məhv edildi, ziyalılar repressiyalara məruz qoyuldu. Simasızlar ön plana keçdilər. İdarəçiliyi simasızların əlinə verdilər. Siz təsəvvür edin ki, çar hökuməti əlimizdən dini, kitabları, “Quran”ı alıb araq butulkasını verdilər. Həmin dövr mədəniyyətimizə, həyat tərzimizə, toylarımıza, yaşam tərzimizə baxın. Hamısında könlümüzdən yeyib içmək keçir. Əvvəl ən məşhur mahnımız “Gizir oğlu Mustafa bəy” idi, Sovet dönəmində əsas mahnımız “Meşəbəyi” oldu. Bunun özü də təsir vasitəsidir. Bizim həmin dönəmlər tarixi yerlər kimi qorumalı olduğumuz, bu gün həmin əraziləri tariximiz kimi qəbul etdiyimiz ərazilərdə o vaxtlar ancaq yeyib-içmək, araq vurmaq düşünürdük. Budur Sovetin din üçün yaratdığı mühit. Ona görə də hələ də inanclı müsəlman mühiti formalaşmaqda çətinlik çəkir. O dövrdən bu günə 2-3 faiz inanclı insanlar gəlib çıxsa da, elə məhz o 2-3 faiz inanclı insanlar digər inancı olmayan insanlarda inanc formalaşdırır. Din insanda genetik bir məsələdir”.

D.Əzimli hesab edir ki, inanclı insan ibadəti ilə seçilməlidir:

“Əgər mən bu gün müsəlmançılığın şərtlərinə əməl etmirəmsə, əgər mən ziyarətə getmirəmsə, oruc tutmuramsa, namaz qılmırsamsa, zəkat vermirəmsə mən nə cür müsəlman ola bilərəm? Mən ümumiyyətlə, müsəlmanammı? Əgər dünyanın Allah tərəfindən yarandığını qəbul edirsənsə, sən dinsiz deyilsən. Sənin bir inancın var. Bir zaman yetişəcək ki, sən özünü hansısa dində tapacaqsan. Hələ ki, özünü kəşf edə bilməmisən. Dində heç bir məcburiyyət yoxdur. Kiməsə “namaz qılmırsan, dinsizsən” demək cahillikdir, kiməsə “hicab geyinmirsənsə dinsizsən” demək cahillikdir. Bu da insanları dindən uzaq salır.Türk dünyasında insanlar daha çox Allaha sevgi ilə bağlıdır. Bu insanlar sufi təbiətli insanlardır. Tarix boyu biz türklər Allahı tək olaraq qəbul etmişik. Bütün insanlar doğuluşdan müsəlmandır. Xristian da doğuluşdan müsəlmandır, yəhudi də. Hər kəs doğularkən müsəlman doğulur”.

İlahiyyatçı Elşad Miri isə müsəlman olmaq üçün qoyulan şərtlərə əməl etməyənlərə Allahın bir  gün “qırmızı kart” göstərəcəyini bildirdi:

maxresdefault

“Əgər bir insan özünə müsəlman deyirsə, Allaha şərik qoşmursa, o, demək ki, inanclı müsəlmandır. Təsəvvür edin ki, siz bir ölkənin vətəndaşısınız. Dövlətin də tələbləri var ki, mənim qayda-qanunuma tabe olmalısan. Sabah o insan qayda-qanuna tabe olmursa, onu vətəndaşlıqdan çıxarmır. Öncə xəbərdarlıq, sonra cərimə, sonra cəza və mərhələli şəkildə cəza sərtləşdirilir. Yenə də vətəndaşlıqdan çıxarılmır. Eynən də dində belədir.

Əgər insan Allahın vahidliyini tanıyırsa, qəbul edirsə, Allaha şərik qoşmursa, o müsəlmandır. Əgər Allaha məxsus xüsusiyyətləri hansısa əşyaya istinad edərək inanca çevirirsə, o adam müşrikdir, Allaha şərik qoşandır. Əgər bir adam ki, özünü müsəlman göstərdiyi halda daxilən Allahı inkar edirsə, o münafiqdir. Allah “Quran”da buyurur ki, istər inan, istər inanma, istər şükr edən ol, istər naşükür ol, bu seçim sənindir. Allah da sənin seçiminə hörmətlə yanaşır. Əgər bir insan Allahı qəbul edirsə, özünə müsəlman deyirsə, demək o müsəlmandır. Əgər o şərtlərə əməl edirsə, yaxud etmirsə, bu onun şəxsi problemidir, bu onun Allahla arasında olan məsələdir.

Allah İslam dinində də o şərtləri qoyub. İstəyərsən o şərtlərə əməl edərsən, istəməzsən yox. Bu sənin problemindir. Allah da o şərtlərə əməl etmədiyinə görə əvvəl sənə xəbərdarlıq edər, sonra sarı kart, sonra isə qırmızı kart göstərəcək, cəzalandıracaq. Siz sual edə bilərsiniz, mən öz istəyimlə dünyaya gəlməmişəm ki, atama, anama xahiş etməmişəm ki, məni dünyaya gətirsin? Gəlmişəmsə əgər mən dünyanın qoyduğu şərtlərə əməl etməliyəm. Futbol oyunun özünəməxsus şərtləri var. Əgər oyunçu 35-ci dəqiqədə oyuna girirsə, o özündən yeni qaydalar qoya bilməz. O ümumi qayda ilə hərəkət etməlidir”.

Bəs dində irsən, genetik keçid deyə bir şey varmı? Əgər ata, ana müsəlmandırsa, o zaman doğulan körpə də müsəlman olmalıdırmı? Yoxsa o müstəqildir, istədiyi dini seçə bilər?

Elşad Miri: “İslamda genetik, səltənət, vərəsəlik anlayışı yoxdur. İslama görə istər yəhudinin, istər xristianın, istərsə də müsəlmanın övladı tər-təmiz, günahsız məsum insandır. Çünki onların heç bir günahı yoxdur. Müəyyən bir müddətdən sonra valideynləri onu hansısa bir yönə yönləndirirlərsə, bu valideynlərin işidir. Əgər bir insan özünü dərk edəndən sonra başqa bir dinə mənsub olmaq istəyərsə, o zaman istədiyi dini seçə bilər. Dində məcburiyyət yoxdur. Yalnız yəhudilərdə belə bir qayda, anlayış var ki, uşaq anadan olarkən yəhudi doğulur”.






Fikirlər