“Mən, Arzu, bir də ki, Laçın...” - MÜSAHİBƏ

Mən, Arzu, bir də ki, Laçın…” – KAFKASSAM – Kafkasya Stratejik ...

Arzu Zeynallı: "Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir"

Laçınsız 28 il...

Bu 28 illik torpaq həsrəti, 28 əsrə bərabər işğal, bizə yaşatdığı dəhşətləri, faciələri, sarsıntıları ilə ömrümüzdən ömür aldı...

Vətənim Azərbaycanın 30 ildir düşmən tapdağı altında qalan hər bir qarışı, bütün varlığı ilə bu gün də həmin ağrı ilə yaşayır...

Sabah Laçının işğal günüdür. Bir az əvvəl Şuşanın işğal tarixini varaqladıq, ondan əvvəl Ağdamın... bu siyahı uzundur... o qədər ki, hər ayımıza bir qara gün düşüb. Hələ 4 bir yandan öz dogma torpaqlarınla sərhəddə yaşamağın necə açı, utancverici, necə bir cəhənnəm hissi olduğunu demirəm...

Bu acı hisslərlə məmləkətimdə özümü qaranlıq qəfəsə, məngənəyə salınmış, çırpınan bir quş kimi hiss edirəm... Elə  Laçına qayıdacağı günü xəyallarında yaşadan, Laçını nağıllara yazan laçınlı jurnalist Arzu Zeynallı kimi...

Bu gün məhz onun xəyallarına, arzularına qanad olub, Laçına yollandıq. Bizimlə danışan Arzunun nağıllara çevrilən Laçın xəyalları, xatirələri idi...

O, bu xatirələri mənə hər söhbətində danışır və biz əsirlikdə qalan torpaqlarımıza yas tuturuq. Həmin anlar özümə, hamıya, elə Arzuya verdiyim, bəlkə də ən acizanə, ən üsyankar sualım bu olur: "Laçını necə xatırlayırsan, Laçınsız necə yaşadın, Axı, Laçını niyə qoruya bilmədin Arzu?..

O da mənə eyni sualı verir: sən necə yaşadın Tahirə, sən niyə qorumadın dədə torpağını - Vedibasarı, Zəngəzuru,elə Laçını?..

Demək olar ki, bu, hər dəfə Arzudan dinlədiyim, ən kədərli, həm də ən şirin real hekayədir. Vətən sevgisi, vətən həsrəti, onu azad etmək eşqi, əzmi var bu hekayədə... O, danışanda ağlayır, hönkürtü ilə... mən də qoşuluram ona. Bəzən o, ağlamır, ağlayan mən oluram... İşğal günlərində torpaqlarımızın həsrətini beləcə ovundururuq... Xeyir, bu heç də acizliyimiz, zəifliyimiz deyil, əsla!.. Bu, düşmənə olan qəzəb hissinin qələbə yürüşündən əvvəl doğurduğu göz yaşlarıdır. Bilirik ki, daha belə davam etməyəcək!.. Buna əminəm. Çünki, Arzular, Mübarizlər qisas gününü gözləyir - ŞƏHİD, ya da QAZİ kimi...

Versus.az-ın baş redaktor müavini, tanınmış jurnalist Arzu Zeynallı suallara cavab verərkən gah bir uşaq, gah da bir döyüşçü oldu...

"Şəhidlərdən utanıram... Sanki dil açıb, hansı üzlə hüzurlarına getdiyimi soruşurlar..."

- Arzu, Laçını səndən yenə soruşsam, onu necə təsvir edərdin?

- Laçın haqqında laçınlı şairlərimiz çox yazıblar, vəsf ediblər, ağrılarını, acılarını ədəbi dillə təsvir ediblər. Hər kəs onu necə görür, xatırlayırsa, o cür də təsvir edib. Düzü, bəlkə də mən yeganə laçınlıyam ki, Laçınla bağlı ictimai tədbirlərə can atmıram, işğal günündə Şəhidlər Xiyabanını ziyarət etməyə yollanmıram, kütləvi mərasimlərin təşkilində iştirak etmirəm. Bu 28 ildə saysam bəlkə də 8-10 dəfə laçınlılarla birgə toplantıda olmuşam. O da ilk vaxtlar. Həmin vaxtlar isə sakitcə çıxışçıları seyr etmişəm, bütün diqqətimlə və cəhdimlə daxilimdəki 18 yaşlı Arzunu ovutmaqla məşğul olmuşam. Tədbir iştirakçıları çıxış edib, mən onların üz cizgilərində Laçının "dal küçə"sini, "şəhərin başı"nı, "şəhərin ayağı"nı axtarmışam, "Dağdağan bulağı"ndan axan suyu ovuclamışam, "köhnə hamam" məhləsindən keçib kəndimizə gedən avtobus dayanacağına qaçmışam... Ağırdı mənə, çox ağır... Çünki aradan az vaxt keçməyib. Hər il eyni təkrarçılıqdan başqa heç bir yenilik, irəliləyiş yoxdur. Artıq utanıram Şəhidlər Xiyabanını ziyarət etməkdən. Şəhidlərdən utanıram... Sanki dil açıb, hansı üzlə hüzurlarına getdiyimi soruşurlar...

Soruşursan ki, Laçını necə təsvir edərdin... Çox deyil, bir neçə şeirimdə, bir az küncə çəkilib kağızlara köçürdüyüm düşüncələrimdə təsvir etmişəm. Nə qədər təsvir edə bilmişəm bilmirəm. Bilmirəm pis haldır, ya yaxşı haldır, amma Laçın və uşaqlığımın, yay tətillərimin keçdiyi kəndimiz olan Qovuşuq mənim gözlərimdə, baxışlarımda, xəyallarımdadır. Yalnız məni daha yaxşı tanıyanlar, duyanlar söhbətlərim zamanı onu görə bilir. Belə dillə, sözlə təsvir etməyi bacarmıram. Bir də adam təsvir etməyə də qorxur. Sanki Laçını o qədər vəsf etdik ki, hər kəsin tamahı keçdi. Qonşu ölkələrin gözü düşdü və əlimizdən aldılar. Eləcə də Şuşanı, Ağdamı, digər işğal edilmiş rayonları.

"Laçınsız qalmağım, Laçının işğalda qalması mənə çox əzab verir"

- Laçınsız 28 ilin 25 ilini səni tanıyırm və hər dəfə də Laçınlı günlərdən danışanda ağladığını görürəm. Özü də sən kiminlə gəldi bölüşmürsən o xatirələrini. Aradan 28 il ötür, amma hər dəfə sanki bu gün ayrılıbsanmış kimi həyəcanla, gözyaşı ilə danışırsan. Deyirlər ki, zamanla dərdlər köhnəlir, amma gör bu necə hissidr, bu nə dərddir ki, zaman keçdikcə təzələnir. Qaysaq bağlamayan bu yaranın adı nədir, dərmanı nədir...

- Hə, Laçınla bağlı göz yaşlarımı ancaq sən görmüsən. Nə bilim, bəlkə sən danışdıra bilibsən, yaxud, dinləməyi daha yaxşı bacarıbsan...

Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir. Laçın dərd olsaydı köhnəlməsə də, qaysaq bağlayardı. Laçın mənim üçün sadəcə doğulub böyüdüyüm vətən deyil. Laçın sevdiyimdi. "Laçın" sözünün özünü belə sevirəm. Laçın mənim qanımdır, canımdır... O mənin damarlarımda, baxışımda, yerişimdədir. Bu yaranın adı "Əsir qalan vətən", dərmanı isə Azadlığıdır. Yəqin ki, hər bir laçınlı üçün də bu, belədir. Və yəqin ki, çoxları özüylə Laçını tək görür, mənim kimi. Bir şeirimdə dediyim kimi:

Bir mən, bir də ki, Laçın...
Əsir düşmüşük!
Mən qəribliyin kölgəsində,
O, yadların caynağında.

Bir mən, bir də ki, Laçın...
Ayağımız dəymir yerə!
Mən taqəti kəsilmiş,
O, tapdanıb əzilmiş.
 
Bir mən, bir də ki, Laçın...
Açılıb göyə əlimiz!
Mən Vətən yalvarışlı,
O, övlad duaçısı.
 
Bir mən, bir də ki, Laçın...
Əzabın içində biz!
Mən qanadı qırılmış,
O, dizləri bükülmüş.
 
Bir mən, bir də ki, Laçın...
Uzalıdır qollarımız!
Mən ağuşuna sığınmağa,
O, qucub oxşamağa.

Nənələrim, əmim, atam Laçına həsrət köçdülər bu dünyadan. Hardasa onların ölümünə həsəd də çəkirəm. Özləri gedə bilməsələr də, yəqin ki, ruhları Laçını, Qovuşuğu gəzir...

Laçınsız qalmağım, Laçının işğalda qalması mənə çox əzab verir. Torpağının, evinin yağı düşmən əlində olduğunu bilə-bilə yaşamaq, ölümdür. Amma, bu gün hələ də ayaqdayıqsa, varıqsa, demək bizi yaşadan o ümiddir. Laçını azad etmək, ora yenidən dönmək ümidi... Laçın onu xəyallarımda  canlandıranda göz yaşlarıma sahib çıxa bilmədiyimə görə məni bağışlasın, özümdən asılı deyil. Bu da mənim üsyanımdır... Ona görə bağışlasın ki, mən ona ağlamalı deyiləm, onun üçün vuruşmalıyam...

"..."Laçına gedəndə" gözlərim yaşarır, özümü diz çöküb hönkürən görürəm"

- Arzu, bir dəfə "facebook" səhifəndə bir statusunda laçınlı günlərin haqqında xatirəni oxumuşdum. Mən xəyallarının əsirliyini yaşıyan bir gənci gördüm o xatirələrdə. Bilirəm ki, hər gün xəyallarında Laçına gedirsən. Orda Laçın səni necə qarşılayır - döyüşçü kimi, yoxsa bir uşaq kimi? Laçına dönən zaman özünü hansı obrazda görürsən?

- Hə, xatirələrimin əsiriyəm. Elə ki, Laçının adı çəkilir gözümün qarşısında böyük bir ekran açılır. O ekranda yaxşı-pis, yaşadıqlarımın hamısını görürəm.

30 il əvvəl filmlərdə uzun illərdən sonra nəhayət vətəninə dönə bilən insanların ayaqları vətən torpağına dəyən kimi necə diz çöküb onu öpdüklərini görəndə o yaşanan hisslər mənə çatmırdı. Fikirləşirdim filmdir də... Amma indi... Xəyalımda Laçına getdiyimi canlandıranda belə, gözlərim yaşarır, özümü diz çöküb hönkürən görürəm. Bununla bağlı şeirim də var:

İçin-için ağlamaqdan yoruldum,
Göz yaşımın damlasında boğuldum,
Vətənsizlik yanğısıyla qovruldum
Laçınımda hönkürmək istəyirəm!
 
Qucaqlayıb daş-kəsəyin yalayım,
Talan olmuş qəbirlərin ağlayım,
Yarasını yaralarımla bağlayım
Laçınımda hönkürmək istəyirəm!
 
Qismət ola dağ, dərəsin gəzişəm,
Laçınımsız çöl, biyaban, dəvrişəm,
Hayqırtıyla deyəm - geri gəlmişəm,
Laçınımda hönkürmək istəyirəm!

- Laçının laçınlılarla olan son günlərini necə xatırlayırsan?

- 1991-ci il idi, orta məktəbin sonuncü sinfini bitirirdik, son zəng öncəsi uşaqlarla 1941-1945 abidəsini ziyarət etdik, orda vədələşdik ki, 5 ildən sonra, yəni ali təhsili bitirib qayıdanda məktəblilərin son zəng günü burda görüşərik... O vəziyyətdə yenə də ümid edirdik ki, hər şey yoluna düşəcək. Amma məktəblərdən hərbi hazırlıq dərsləri üçün əyani vəsait olaraq istifadə edilən silahlar da həmin ərəfələrdə Laçına yerləşdirilən sovet əsgərləri tərəfindən yığılanda vəziyyətin ürəkaçan olmayacağı hiss olunurdu.

Hardan biləydik ki, ermənilər tarixi düşmənçiliklərini növbəti dəfə həyata keçirməyə başlayıblar...

"ermənilər müharibə etmədikləri üçün qoruya bilmədik Laçını..."

- Hansı epizodlar yadından çıxmır. Bu işğal laçınlıların həyatında hansı faciəni yaşatdı? "Niyə Laçını qoruya bilmədik" sualını verərkən, hansı cavabı ala bilirsən?

...Ermənilər üç saatdan bir Laçını atəşə tuturdular. Atışma başlayan kimi hamı təlaşla, çığırtıyla yaxınlıqdakı kəndə tərəf qaçırdılar. Bir ananın uşağının əlindən tutub necə qaçdığını həmişə xatırlayıram. Ana qaçır, xəbəri yox idi ki, əlindən tutduğu körpəsini yerlə sürütləyir. Uşağın üz-gözü qan içində idi, çığırtısını isə o qədər çığırtının içində eşitmirdi...

Bizim evin bir qapısı "o tay" dediyimiz dağlara baxırdı. Hər axşam pilləkəndə oturub evlərin işıqlarını sayırdım... Hər gün işıqlar bir az azalırdı. Bu, məni ağladırdı. Hiss edirdim ki, daha Laçını görmüyəcəyik...

Laçında son Novruz bayramı da yadımdadır. Böyük atəşfəşanlıq, təmtəraqlı şənliklər... Sanki Laçında sonuncu yazı qarşılayırdıq...

Bir epizod da məni çox kövrəldir xatırlayanda. Laçından çıxırdıq artıq. Alt evə düşüb anamın taxçalara səliqə ilə düzdüyü mürəbbə, kanpot bankalarına baxdım, qapını örtüb çıxdım. Sonra toyuq-cücənin saxlandığı qapını açdım, torbadakı dənləri yerə səpdim, digər kisəni isə aşırıb yarısını dağıtdım ki, bizdən sonra ac qalmasınlar. Qapılarını da açıq qoydum ki, dən qurtarsa çıxıb çöl-bayırda dənlənsinlər. İndi deyəcəksən ki, evdəkilər nə hayda imiş, sən nə hayda...

Laçının son günlərini sonralar atamın dilindən eşitdik. Mayın 10-da bizi Bərdəyə dayısıgilə yola saldı. Dedi kişilər toplaşıb döyüşəcəyik. Camaatdan silahlar götürülmüşdü, tək-tük adam silahını gizlədə bilmişdi. Silah da nə silah olacaqdı - təklülə, qoşalülə, ən yaxşı halda beşatılan. Bu silahla o boyda pulemyotun, avtomatın, digər yüksək texnikanın qarşısında nə etmək olardı? Atam mayın 16-da gəlib çıxdı. Ovurdları batmış, gözləri böyümüşdü... Əslində mən o simaya baxanda əlimi Laçından tamam üzdüm...

Bəzən görürsən kimlərsə qandı-qanmadı irad tutur ki, niyə döyüşmədiniz, niyə qaçdınız. Mən belələrinə cavab verə bilmirəm. Susuram... Bilirsən niyə? Elələrinin qarşısında hesab verirmiş kimi hiss etdirmək istəmirəm özümü. O sualı verənlərə baxanda "məndən ötdü, qardaşıma dəydi belə" səslənir qulaqlarımda...

"Niyə Laçını qoruya bilmədik" sualını verərkən, özümdən aldığım cavab bu olur: Ermənilər müharibə qanunları ilə döyüşmürdülər. Onlar ümumiyyətlə müharibə etmirdilər, sadəcə məhv edirdilər. Məhv etmək, yox etmək idi ermənlərin missiyası. Bu, tarixən belə olub və belə də davam edir... Məhz müharibə etmədikləri üçün qoruya bilmədik Laçını...

Nə isə... Danışılası çox xatirələr var. Hər şeyi olduğu kimi danışsam bir kitab olar. Müsahibəyə isə bu qədərini sığışdırmaq istəməzdim. Ən yaxşısı istəyənlər səhifələməyə başladığım kitabımdan oxusunlar.

"Bax o sözü eşitmək üçün Laçını qaytarmalıyıq"

- Xəyalında bir döyüşçüsən, Laçın uğrunda vuruşan döyüşçü. Vətən torpağını çox görmək istəyirsən, sülh platforması çərçivəsində Qarabağa edilən jurnalist səfərlərinə qoşulmaq istərdinmi?

- Əgər xəyalımda Laçın uğrunda vuruşan döyüşçüyəmsə, jurnalist səfərlərinə qoşulmağım ümumiyyətlə düz olmaz. Düzdür, jurnalistlərimizin sülh platforması çərçivəsində Qarabağa getməsi heç ürəyimcə olmadı. Onsuz da illərdir o yerləri xarici mətbuatın gözü ilə görürük. Dronlarla qeyd edilən görüntülər bütün sosial şəbəkələrdə paylaşılır. Ermənilər özləri necə lazımdır foto və videoların dili ilə acıq verirmiş kimi bizə virtual səyahət etdirirlər o yerləri. Amma bu azmış kimi düşmənin işğalında olan yerlərə elə düşmənin bələdçiliyi ilə də baxış keçirmək... Qəbullanmadım, vəssalam! O kimsə deyir e, heç olmasa gedim dədə-baba yurdumu görüm, onları nə anlaya bilirəm, nə də qınaya. Amma yazığım gəlir, çox pis, zavallıca yazığım gəlir...

- 28 illik ayrılıqdan sonra laçınlı qızın Laçına nə sözü var?

- Laçına biz laçınlıların sözü ola biməz. Amma yəqin ki, Laçının bizə çox sözü var. Bax o sözü eşitmək üçün Laçını qaytarmalıyıq.

- Dünənin laçınlısı ilə bu günün laçınlısının xarakterində nə dəyişib?

- Dünən tariximizi oxuyurdum, bu gün tariximizi yaşayıram, sabah isə tariximizdən boylanacam. Bu günün laçınlısı dünənin laçınlısına həsədlə baxır. Xarakter isə dəyişmir, insanın özü ilə doğulur, özü ilə ölür. Yəni dünənin laçınlısı ilə bu günün laçınlısı fərqli xarakterdə ola bilər.

"Amma biz hazır vəziyyətdə idik, özümüzü döyüşçü kimi görürdük... Olmadı"

- Heç bir laçınlıya yox, sənə bu sualı həmişə vermişəm və yenə təkrar edirəm: niyə Laçını qoruya bilmədin, Arzu?

- Yadımdadır ki, 1990-cı ilin 20 yanvar faciəsinə etiraz olaraq sinif yoldaşlarımla birlikdə Komsomol biletimizi "şəhərin başı" deyilən yerdə, mərkəzdə hamı ilə bərabər yandırdıq. Hələ o vaxtdan artıq məktəbdə tənəffüs zamanı oğlanlar partizan dəstəsi yaratmaqla bağlı öz aralarında söhbət edirdilər. Diqqətimiz onlarda idi, yəqin ki, belə bir dəstə yaratsaydılar bu işdə onları tək qoymayacaqdıq. Bilmirəm bunu Laçın uğrunda mübarizə adlandırmaq olar, ya yox, amma uşaqdan böyüyə hər kəs artıq Laçını düşməndən necə qorumaq barədə düşünürdü. Təbii ki, müəllimlər baş verən hadisələrin düşmən təxribatı olduğunu deyərək xüsusilə gəncləri sakitləşdirmək istəyirdilər. Amma biz hazır vəziyyətdə idik, özümüzü döyüşçü kimi görürdük... Olmadı...

Fakt budur ki, özümüzü qoruduq. Ümid edirəm ki, özümüzü qorumağımız əbəs olmadı. Artdıq, çoxaldıq, yüksək biliklərə yiyələndik, döyüş taktikalarına sahib olduq, tariximizi daha yaxşı öyrəndik və sair üstünlüklərə, keyfiyyətlərə sahibləndik. Hansı ki, bunlardan yararlanaraq o torpaqlarımızı geri qaytara bilərik.

- Bir jurnalust olaraq, necə hesab edirsən, torpaqlarımızın işğalı ilə bağlı dünyaya yetərincə məlumat ötürə, erməni vandallığını, işğal faktını göstərə bilmişikmi? Nə etməliyik?

- Jurnalistlər yalnız işğalla bağlı yazılarıyla bunu edə bilir. Elə məcburi köçkün həyatını yaşayanlarla bağlı hazırlanan video-müsahibələr, Şəhidlərimizdən bəhs edilən və müxtəlif dillərdə tərcümə edilən kitab və jurnallar da bu qəbildəndir. Yalnız jurnalistlərin deyil, hər bir ictimai-siyasi, sosial, mədəni sahənin insanları bu yöndə əllərindən gələni edirlər. Amma sanki dünya özü kar və kordur. Nə eşitmək, nə də görmək istəmir. Düzdür, o başqa məsələdir ki, hər bir halda apardığımız təbliğat 30 ilə yaxın bir müddət üçün bu çox azdır. 30 il ərzində ən azı 30 ən mükəmməl, dünyaya səs sala biləcək filmlər çəkmək olardı. Çünki ən güclü təbliğat da elə filmdir. Digər dövlətlər yaşadıqları müharibəni, müsibəti elə lentə alıb yayırlar ki, baxdıqca o aləmə düşürsən sanki, tarix gözlərində varaqlanır. Təəssüflər olsun ki, bizə o cür filmlərə baxıb həsəd çəkmək qalır.

Dünyanın diqqətini çəkmək üçün xarici aktyorları, hansı ki, dünya özü sevir o aktyorları, dəvət etmək, yüksək texnologiya bilicilərini bu işə cəlb etmək lazımdır.

Eyni zamanda, istər orta, istər ali məktəblərdə tariximiz, faciələrimiz barədə yalnız anım günlərində xatırlamaqla deyil, dərslik vəsaiti kimi hansısa bir formada işlər görmək olar.

İctimai yerlərdə soyqırımlarımız göstərilən monitorlar quraşdırılmalıdır. Şəhidlər Xiyabanının girişindəki böyük ekran lövhədə də lazer üsulla işıqlandırılmaqla soyqırım, işğal kadrlarını nümayiş etmək olar. İdeyalar çoxdur və mən əminəm ki, hər bir vətəndaşımızın fikrində bu yöndə ideyalar çoxdur. Sadəcə dinləyən, dəyərləndirən lazımdır.

- Sənin Laçınla bağlı bir nağılın da var...

- Hə, yazmışdım bir yuxumu... Gəl elə o nağılla da söhbətimizi bitirək. Çünki ondan sonra davam edə bilmiyəcəm...

- Danış, o nağılın yaxşı bitəcəyinə inanıram.

- ... Biri vаr idi, biri yох idi.

Dаğlаrın qоynundа qоcаmаn bir Lаçın vаr idi. Lаçının о qədər оğul-uşаğı, nəvə-nəticəsi, kötücəsi vаr idi ki, hər kəs, bütün yadellilər оnа pахıllıq еdərdi.

Lаçın hər millətdən оlаn insаnlаrа icаzə vеrmişdi ki, оnlаr dа оnun övlаdlаrı ilə birlikdə yаşаsınlar. Lаçının bu qоnаqpərvərliyi bаrədə bütün məmləkətin хəbəri vаr idi və buna görə оnu dаhа dа sеvirdilər...

Lаkin günlərin bir günü süfrəsinin bir kənаrındа yеr vеrdiyi millətlərdən biri оnun bu qüdrətini əlindən аlmаq fikrinə düşdü...

...Qаrа bulud göy üzünü qəfil аldı. Lаçın güllə səslərindən diksindi. Bu qəfil hücumdаn qоrхub pərən-pərən düşən övlаdlаrını bir yеrə tоplаmаq üçün özünü unudub, оnlаrın dаlıncа dаrtındı. Аncаq sinəsində аçılаn şırımlаr оnu hərəkət еtməyə qоymurdu...

Lаçın çırpınırdı, Lаçın dəli bir bаğırtı sаlmışdı аləmə. Övlаdlаrı оnun hаrаyındаn хəbərsiz kimi bаşlаrını götürüb hаrа gəldi qаçırdılаr. Lаçın bilirdi ki, düşməni dəf еtməyin yеgаnə yоlu hаmılıqlа bir yеrdə оlmаq, gələnlərin аğzındаn vurub gеri qаytаrmаqdаdır. Аncаq bunu bаlаlаrınа nеcə bаşа sаlsın ki, оnlаr öz cаnlаrını хilаs еtməkdən bаşqа hеç nə düşünə bilmirdilər. Lаçın vаr-gücünü tоplаyıb, bütün səsi ilə QАYIDIN! dеdi. Оnun səsi bütün dаğ-dərədə əks-sədа vеrdi. Bircə övlаdlаrı sаnki kаr оlmuşdulаr...

Lаçın sinəsinə dəyən zərbələrin qаrşısındа gеtdikcə hеydən düşür, səsi хırıldаyırdı. Tаqətsiz hаldа dizləri üstə çökdü. Qəhərdən bоğulаn səslə sоn dəfə QА..YI..DIN... dеdi. Bаşı tаqətsiz hаldа sinəsinə əyildi... Gözlərindən ахаn yаş bütün yеri-göyü yаndırdı... Аh-nаlə еtdi Lаçın...

...Аrаdаn çох illər kеçdi. Bu illər ərzində Lаçın еlə bir gün, еlə bir аn оlmаdı ki, bаşını qаldırıb gözlərini uzаqlаrа dikərək yаlnız özünün еşidə biləcəyi səslə "qа..yı..dın..." - dеyə, hаyqırmаsın...

...Bu müddət ərzində çörəkləri dizlərinin üstündə оlаn yаğılаr оnun cаnını çох yахdılаr. Bütün gözəlliklərini məhv еdib, sinəsinə dаğ çəkdilər. Аmmа bu yаrаlаr Lаçının dахilindəki yаrаlаrın yаnındа hеç nə idi. Оnu burda tək qоyan övlаdlаrının аcısını çəkirdi. Bircə qаyıtsınlаr... Lаçın оnlаrı əvvəlki kimi bаğrınа bаsаrdı. Nə küsərdi, nə inciyərdi, еlə hеy sеvələyərdi...

...Lаçın hər gün gözləyirdi övlаdlаrını. İnаnırdı ki, bir gün yаşаdıqlаrı qоrхu оnlаrı tərk еdəcək və оnlаr gеriyə АNАlаrınа qаyıdаcаqlаr. О gün yахındаydı. Yuхusunа inаnırdı Lаçın. Bilirdi ki, gеc-tеz bu yuхulаr gеrçəkləşəcək, аnа-bаlа həsrətinə sоn qоyulаcаq...

...Bir səhər də nаğılа bənzər bir yuхunun şirinliyi ilə gözlərini аçmışdı Lаçın. Yuхudа görmüşdü ki, nеçə illərdir yаd nəfəsi, yаd səsi ilə mundаrlаnаn hаvаsındа qəfil bir dəyişiklik, təmizlik hiss оlunur. Qulаğınа dоğmа аddım, şirin dаnışıq səsləri gəlir. Sinəsinə əyilməkdən dаhа dа аğırlаşаn bаşını güc-bəlа ilə qаldırıb yоllаrа bахsа dа, hеç nə görmür. Səslər isə gеtdikcə dаhа dа yахınlаşırdı. Lаçın əllərini dizlərinə dаyаyıb bütün vücüdünü silkələyərək üstündəki аğırlıqlаrı yеrə tökür və аrа-sırа еşidilən səslərə bir dаhа diqqət kəsilir. Səslər yахınlаşdıqcа аydınlаşır. Lаçın nеçə illərdir hərəkətsiz qаlmаqdаn dаşа dönmüş əlləri ilə mаmır bаğlаyаn gözlərini silir. Gördükləri оnа illərdir çəkdiyi bütün аğrı-аcılаrı unutdurur...

Qəhərdən tutulаn səsi birdən-birə аçılır, zəifləyən gözlərinə işıq gəlir, küyüldəyən qulаqlаrı dа səsi səsdən sеçməyə bаşlаmışdı, bir аndаcа canlanır, cаvаnlаşır, taqəti kəsilmiş dizlərinə güc gəlir, əvvəlki vəziyyətinə qаyıdır. Sеvinirdi Lаçın...

...Laçın elə dоdаğındа dоnmuş təbəssümlə də gözlərini аçdı. Dаhа sinəsinə dаğlаr çəkən еrmənilərin, yаdlаrın səslərini еşitməz оlmuşdu. Lаçın bu səhərki yuхusunun mütləq çin olacağına inаnırdı...

- Hə Arzu, Laçına mütləq qayıdacağıq. Ola bilər ki, o zaman 28 illik həsrətin sənə yuxu kimi görünsün. Sənin kimi vətən eşqi ilə yaşayan qızlar, oğullar varkən, inan ki, o gördüyün yuxun çin olacaq. Söz verdiyin kimi, sən də məni Laçında gəzdirəcəksən. İndidən sənin o yerləri mənə necə həvəslə, sevgi, həyəcanla göstərdiyini düşünməyimin özü belə məni təsirləndirir...

İnşaallah! Allah Qəzamızı Mübarək Eləsin!

Tahirə Qafarlı






Fikirlər