RAUF ARİFOGLU: "Problemlər yazılar yazılandan sonra başlayır"

ABŞ Dövlət  Departamenti Azərbaycanla bağlı növbəti hesabatını yayıb.

Hesabatda Azərbaycan mətbuatın vəziyətinin heç də ürəkaçan olmadığı vurğulanıb.  

“Yeni Müsavat” qəzetinin direktoru Rauf Arifoğlu Moderator.az -a açıqlamasında Departamentin hesabatına münasibət bildirib:
“Azərbaycanda söz azadlığı və media ilə bağlı ciddi problemlər var. Bu dəfələrlə deyilib. Bu barədə mənim də çoxlu sayda çıxışlarım olub. Azərbaycan mediası və jurnalistlər istədiyi şeyi yaza bilirlər. Bu sahədə problem yoxdur. Amma problemlər yazılar yazılandan sonra başlayır. Jurnalistlərə qarşı tətbiq olunan cəza mexanizimlərindən biri də məhkəmələrdir.
Təəssüf olsun ki, mətbuat özünü məhkəmələr vasitəsi ilə müdafiə edə bilmir.  Məhkəmələr məmurların əlində media qurumlarına qarşı cəza mexaniziminə çevrilib. “Yeni Müsavat” qəzeti bunu dəfələrlə hiss edib. Qatıldığımız bütün proseslərdə haqlı olduğumuz halda uduzmuşuq. Bundan sonra biz bu halları nəzərə alaraq özümüzə daxili senzura tətbiq etmək məcburiyyətində qalmışıq. Eyni zamanda mediaya reklam verilməsilə bağlı da problemlər mövcuddur. Şirkətlər tənqidi və təqdirçi olmayan mediaya reklam verməyə çəkinirlər. Həmçinin reklam haqqında qanunun çağdaş standartlara cavab verməməsi də əsas problemlədən hesab olunur.
 Çox təəssüflər olsun ki, bizdə jurnalistlərin həbs olunma halları da baş verir. Bizim köşə yazarımız Tofiq Yaqublu heç bir günahı olmadan 3 il həbsdə qaldı. Bununla bağlı mən dəfələrlə ölkə przidentinə, istintaqa müraciət etdim. Bu müraciətlərə baxmayaraq o, 3 ildən sonra azadlığa çıxdı. Hazırda da ölkənin həbsxanalarında jurnalistlər var. Bu da ölkəmizin reytinqinə xələl gətirir. Mən bu jurnalistlərin tez bir zamanda azadlığa buraxılmasının tələb edən, arzu edənlərdən biriyəm.”






Fikirlər