PUTİNİN İŞTİRAKI İLƏ QARABAĞ DANIŞIQLARI BAŞLAYIR! - Moskva “güzəştlər paketi” hazırlayıb!

putin-aliev-sargsyan“Yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi başlanacaq. Prezident Putin bu danışıqlarda kompromislərin əldə olunması üçün aktiv səy göstərəcək”.

Strateq.az bildirir ki, bu barədə “İzvestiya” qəzetinə diplomatik dairələrdəki etibarlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiya prezidenti hər iki tərəfin siyasi liderlərini şəxsən güzəştlərin vacibliyinə inandırmağa hazırdır.

Mənbənun sözlərinə görə, Rusiyanın təklif etdiyi həll planına görə, ərazinin bir hissəsi Azərbaycana qaytarılır, münaqişə bölgəsinə sülhməramlılar gətirilir, qaçqınlar geri qayıdır. Blokada götürülür, Ermənistanla iqtisadi əlaqələr bərpa olunur. Bundan sonra Dağlıq Qarabağın müqəddəratı ilə bağlı referendum keçirləcək. Lakin tərəflərin heç biri bu planla razı deyil.

“Qarşıda ağır danışıqlar durur. Burada Rusiyanın köməyi olmadan keçinmək mümkün olmayacaq”, -deyə mənbə qəzetə bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin canlı efirdə sualları cavablandırarkən Qarabağ münqaişəsinin həlli ilə bağlı sualını cavablandırarkən maraqlı məqamları açıqlayıb. Putin deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması üçün nə lazımdırsa edəcək.

Prezident bildirib ki, Rusiya tam olaraq həm Azərbaycan, həm də Ermənistanla işləmək istəyir: “Bu çox həssas mövzudur. Biz bu məsələyə məşhur tibbi prinsiplə yanaşmalıyıq: “Zərər vermə!”. Qarabağ məsələsi istisinasız olaraq siyasi metodlarla, hər iki tərəfin kompromisləri əsasında həll edilməlidir”, – deyə Putin qeyd edib.

Xatırladaq ki, prezidentinin köməkçisi Əli Həsənov bazar günü «Xəzər TV»yə müsahibəsində bildirib ki, yaxın günlərdə Qarabağ nizamlanması üzrə danışıqların intensiv mərhələsi başlanacaq.

Sonra o deyib ki, ermənilər RF prezidenti Vladimir Putinin çağırışından sonra atəşi dayandırmağa razılaşıblar.

Eyni zamanda tanınmış moskvalı politoloq, RF prezidenti yanında İctimai Palatanın üzvü Sergey Markov bildirib ki, gələcək saziş Qarabağ ətrafında ən azı 5 rayonun azad edilməsini nəzərdə tutur. Bu, cari ilin sonunadək baş verməlidir.

Xatırladaq ki, RF XİN rəhbəri Sergey Lavrov Bakıda olarkən Qarabağ ətrafında rayonların azad edilməsindən və regionun statusunun müəyyən olunmasından danışıb.






Fikirlər