Elbəyi Həsənlidən ARİF HACILIYA tikanlı ATMACALAR...

"Bunu kor da görür ki, Arif Hacılı Müsavat Partiyasının başqanı olandan bu təşkilat xaraba qalıb"

“Eks-başqan yeni başqanın başına sığal çəkib: “Arif Hacılı özünün təcrübəli və peşəkar siyasətçi olduğunu bir daha sübut elədi”...
Bunu kor da görür ki, Arif Hacılı Müsavat Partiyasının başqanı olandan bu təşkilat xaraba qalıb. Xalq arasında olan nüfuzunun ən azı yarısını itirib. Ana müxalifət statusu ilə biabırçı şəkildə vidalaşıb. Partiyanın az qala bütün elitası təşkilatı tərk edib. Onların da yerinə siyasətdən bixəbər, xalq arasında elə bir nüfuzu olmayan şəxslər təyin olunub. Bəli, kor bunu görür. Amma İsa Qəmbər görmür“...
Bu statusa cavab olaraq Nazile Eliyeva, Vugar Elizade və başqaları belə bir arqument irəli sürdülər ki, “Basta“ Rövnəq Abdullayev haqqında tənqidi yazı verib. ARDNŞ-in rəhbəri də Elbəyi Həsənliyə pul buraxıb ki, sən də Arif Hacılını və İsa Qəmbəri yıx-sürü. Mən də qələmə sarılıb Rövnəq müəllimin sifarişin canla-başla yerinə yetirmişəm…
Yaddaşı zəif olanlara xatırladım ki, Müsavat Partiyasının qurultayından sonra keçmiş və indiki başqanı dəfələrlə, bəzən ən sərt formada tənqid etmişəm. Həmin tənqidi fikrləri Azərbaycan mətbuatında dəfələrlə tirajlannıb. Mən o yazılarla çıxış edəndə Azərbaycanda  “Basta“ adlı sayt yox idi. Əslində bu sayt indi də yox kimi bir şeydir...
Rövnəq Abdullayev İlham Əliyev komandasının korrupsioner məmurlarından biridir. Zatən istisnasız olaraq hamısı bir bezin qırağındandır. Azərbaycanın da bütün varidatı ARDNŞ-ə bağlıdır. Amma bu varidat Rovnəqin deyil. 
O da doğrudur ki, Rövnəq müəllim mətbuatda gedən tənqidlərdən qıcıqlanır. Səs-küy salanları susdurmaq üçün tez-tez əlini cibinə salır. ARDNŞ prezidentinin bu şakərindən xəbərdən olan hər kəs ondan yazmağa çalışır. Yazıların çoxu da təmanlıdır və ARDNŞ-dən pul qopartmağa hesablanıb. Mustafası Rövnəg Abdullayev Məşədi İbadın günündədir. Gələn deyir ki, pul ver, yazmayım…
Bizim insanın düşüncəsinə görə, əlində qələm olan adam mütləq hansısa siyasi düşərgədə olmalıdır. Ona görə də bizdəki jurunalistlərin əksəriyyəti özünü bu və ya digər siyasi komandanın üzvü hesab edir və hər şeyə təmsil olunduğu cəbhənin maraqlarından yanaşır. Mən belə deyiləm. Mən eyni zamanda İlham Əliyev, İsa Qəmbər, Əli Kərimli…-ni  tənqid edə bilərəm və edirəm də. Müstəqil jurnalistəm, heç kimin yanında deyiləm. Onu da görürəm ki, Azərbaycanda mənim kimi düşünənlərin sayı artır. Artıq insanlar başa düşürlər ki, Azərbaycanda bu iqtidar da, bu ənənəvi müxalifət də dəyişməlidir. Çünki ikisi də biri-birindən pisdir. Ona görə də Azərbaycan xalqı Allahın verdiyi sonsuz sərvətin içində dilənçi günündə yaşayır…
Bir də onu xatırladım ki, mən artıq 13 ildir ki, Azərbaycandakı murdarlıqlardan kənardayam və İsveçrədə yaşayıram. Azərbaycanda çoxalarının 1 ilə, hətta 2 ilə ala bilmədiyi maaşı mən burada 1 aya alıram. Allah mənə belə bir imkan verib ki, maddi baxımdan heç kimdən asılı olmayaraq həqiqət bildiklərimi dilə gətirim. Onu da unutmayın ki, oğurluqla fahişəlik 40 gün gedir, deyiblər. Mən 21 ildir ki, Müsavat Partiyasının üzvüyəm. Və uzun illərdir ki, mətbuatdayam. Ancaq mənim satıldığmı iddia edən adamlar ha özlərin öldürsələr də, ortaya keçərli bir fakt qoya bilmirlər. Biri vardı. Yazmışdı ki, İlham Əliyev president seçiləndə Elbəyi Həsənli ona təbrik teleqramı göndərib. Ona dedim ki, həmin yazını qoy ortaya, sizin ən böyük arzunuzu yerinə yetirim, Müsavat Partiyasından istefa verim və mətbuatdan da uzaqlaşım. Bu söhbətin üstündən az qala 1 il keçib. Həmin adam hələ də eşələnir, amma o teleqramdan əsər-əlamət tapa bilmir…
Bir ara məni Kamaləddin Heydərovun adamı kimi tanıtmağa çalışdılar. Sonra məni Ramil Usubova caladılar. Görəndə ki, onları da tənqid edirəm, dedilər ki, satılmağına satılıb, amma kimiə satılması bir az qaranlıqdır. İndi də məni Rövnəqin adamı elədilər. Bunu hər kəs bir dəfəlik anlasın ki, mən satılsam, şaha satılaram. Nökərin nökəri olmaram…
Bəli, siyasətdə mənim də marağım var. Konkret olaraq nə istəyirəm? Şəxsi planda elə bir istəyim yoxdur. Arzum budur ki, Azərbaycanda prezident, parlament və bələdiyyə xalq tərəfindən seçilsin. Prezidentin icra başçısı və şəhər meri təyin etməsi daş dövrünün əlamətidir. Bütün sahələrdə olam monopoliya  aradan qaldırılmalıdır. Azərbaycanda media azad olmalıdır. Bir sözlə, Azərbaycan Qərb dünyasının bir parçasına çevrilməlidir. İstəyirəm ki, mənim övladlarım və onlardan sonra gələnlər Azərbaycanın adı gələndə bizim kimi xəcalət çəkməsinlər, əksinə, öz vətənləri ilə qürur duysunlar…
Elbəyi Həsənli, İsveçrədə mühacirətdə yaşayan tanınmış jurnalist






Fikirlər