AZƏRBAYCAN ORDUSU İrəvanı hansı silahlarla vura bilər? - SİYAHI

Azərbaycan Ordusu İrəvanı hansı silahlarla vura bilər? - SİYAHI

Silahlı Qüvvələrimizin tabeçiliyində «Scud» raketləri, S-300 Zenit-Raket9A52M "Smerç-M” sistemləri ilə yanaşı, adları açıqlanmayan silahlar da var

Artıq xeyli müddətdir Ermənistan tərəfi işğal etdiyi Azərbaycan torpaqlarından çıxmamaqla yanaşı, Bakını da vuruacağı ilə hədələyir. Ermənistan tərəfinin verdiyi bəyanatlardan belə aydın olur ki, onların əlində müəyyən uzaqvuran silahlar var. Düzdür, düşmən ən çox «İsgəndər M» ballistik raketlərinə maliu olduğunu artıq dilə gətirib. Ancaq həmin raketlər Ermənistan Ordusunun istifadəsinə verilməyib. Daha doğrusu, «İsgəndər M»lər Rusiyanın bu ölkədəki hərbi bazasına məxsusdur, hədəf isə Türkiyə və İrandır.

Aydın məsələdir ki, uzun illərdən bəri milyardlarla pul xərcləyib, ordunu komplektləşdirən Azərbaycanın bu raketləri sıradan çıxara biləcək, habelə İrəvanı yerlə yeksan edəcək daha modern silahlara malik olduğu sirr deyil.

JAM.AZ xəbər verir ki, birbaşa Bakıdan İrəvanı vurmaq üçün Azərbaycan Ordusunun tabeçiliyində elə də çoxlu raketlər yoxdur. Çünki məsafə təqribən 700 km-ə yaxındır və bu artıq orta mənzilli ballistik raketlərə sahib olmaq anlamına gəlir. Amma Azərbaycanın əlində «Scud» tipli raketlərin olduğu hələ çoxdan məlumdur və bu silah 2011-ci ildə keçirilmiş hərbi paradda da nümayiş etdirilib. «Scud» raketlərinin vurma məsafəsi təqribən 700 km-ə yaxındır. SSRİ istehsalı olan silahdan İran-İraq müharibəsində geniş istifadə olunub. Üç növə malik olan bu raketin ən yeni modelləri isə 1500 km-lik məsafəni vurmaq qabiliyyətinə malikdir.

S-300 zenit-raket sistemləri də Azərbaycan Silahlı Qüvvələrinin balansında olan silahlardandır. Rusiyadan alınmış bu raket kompleksinin vurma məsafəsi 300 km-ə yaxındır. Əsasən havadan müdafiə sistemlərində istifadə olunur. Lakin düşmənin mövqelərini dağıtmaq və məhv etmək üçün də istifadə edilə bilinir. Düzdür, bu silahla Bakıdan İrəvanı hədəfə alıb vurmaq mümkün deyil. Amma cəbhə xəttinə yaxın ərazilərdə yerləşdirilərsə, o zaman Ermənistanın paytaxtını yerlə yeksan etmək olar.

 

Azərbaycan Ordusunun tabeçiliyində yeni model 9A52M "Smerç-M” sistemi var ki, o beşoxlu Tatra-816 modelli yük avtomobilin üzərində quraşdırılıb. Bu sistemdə avtomatik atəşaçma texnikası və rabitə aparatları əlavə edilib. Həmçinin təkmilləşdirilmiş raket sistemi də inkişaf etdirlib. Yeni sistemin zərbə dairəsi artıq 90 km məsafəni əhatə edir və onun bu məsafədə vurma xətası 170 m həddindədir. Qeyd edək ki, həmin silahın bir qismi Naxçıvandakı Qoşunlarımızın tabeçiliyindədir və Muxtar Respublikadan İrəvanı vurmaq elə də çətin deyil. Bu silahın ən özəl tərəflərindən biri də odur ki, bir komplekslə təqribən 1 kvadrat km ərazini tamamilə məhv etmək mümkündür.

Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, İrəvanı vurmaq üçün əlində yetərli qədər silahı var. Lakin nazirlik bu silahlarla bağlı hər hansı bir geniş məlumat vermir. Böyük ehtimalla rəsmi Bakı həmin silahların adlarını çəkməməklə düşməni daha da vahimə içində saxlamaq fikrindədir. Eyni zamanda, bu hərbi sirr olduğundan açıqlanmasına zərurət görülmür.

Sonda onu da bildirək ki, Azərbaycan və Ermənistan orduları arasında müqayisə aparılarsa, düşmən tərəfindən güc məsələsində bizimlə bacara bilməsi qeyri-mümkündür. Bunu aprelin əvvəlində həyata keçirilən lokal hərbi əməliyyatlar da təsdiqlədi. Yeni silahlarla təhciz olunmuş Azərbaycan Ordusunun kiçik bir qüvvə ilə böyük bir ərazini işğaldan azad etməsi təsdiqlədi ki, indiyə qədər xərclənən pullar, komplektləşdirmə ilə bağlı aparılan islahatlar bəhrəsiz qalmayıb. 






Fikirlər