Ermənilərin QORXUSU: Naxçıvanda yerləşən “SMERÇ” raket sistemləri

bitmap-img6

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı fərmana əsasən Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradılıb

 

Naxçıvan Muxtar Respublikası ərazisində hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi, silah-sursat, ən müasir döyüş texnikası, aviasiya və artilleriya qurğuları ilə komplektləşdirilməsi Azərbaycanın bu bölgəyə strateji baxımdan nə qədər önəm verdiyinin əyani sübut edir.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təchiz edildiyi yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahları, döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumuna qarşı ən müasir qurğuları, zirehli maşınları, tankları və artilleriya qurğuları vardır. Yalnız bunu qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş “Smerç” raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir.
Ermənilərin qorxusu - Naxçıvanda yerləşən “Smerç” raket sistemləri
“Smerç” nəyə qadirdir?
9K58 "Smerç" (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. 1987-ci ildə SSRİ silahlı qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. Smertç qısa məsafəli raket sistemi olan FROG-7-ni əvəz etmşdir.
Texniki quruluşu
Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış yerləri raketlə yükləmək üçün 36 dəqiqə vaxt lazımıdr. Tərkibində dörd Smerç sistemi olan baterya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir. Onun maksimal atış məsafəsindən (90 km, optimal 70 km) atəş zamanı verilmiş nişandan meyillənməsi 150 m həddindədir.
Smerç sistemi aşağıdakı raketlərdən istifadə edir:
- 9M55F çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Uçuş məsafəsi 70 km.
- 9M27K 75 ədəd 9N210 parçalanan bombalardan ibarətdir. Uçuş məsafəsi 70 km.
- 9M27K1 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Uçuş məsafəsi 70 km.
- 9M27K4 25 ədəd tank əleyhinə maqnit alışqanlı qrantlardan (PTM tipli) ibarətdir.Uçuş məsafəsi 70 km.
- 9M55K5 646 ədəd parcalanan və tankəleyhinə işləyə bilən kiçik babacıqlardan ibarətdir.Uçuş məsafəsi 70 km.
- 9M55S çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Uçuş məsafəsi 70 km.
1990-cı illərin əvvəlində təkmilləşdirilmiş 9A52M Smerç-M sistemi yaradılır. Bu sistem beş oxlu Tatra-816 modelli yük avtomobilin üzərində quraşdırılır. Yeni sistemdə avtomatik atəşaçma texnikası və rabitə aparatları əlavə edilir. Həmçinin təkmilləşdirilmiş raket sistemi də inkişaf etdirlir. Yeni sistemin zərbə dairəsi artıq 90 km məsafəni əhatə eidir və onun bu məsafədə vurma xətası 170 m həddində idi. 
9A52M Smerç-M-də aşağıdakı raketlərdən istifadə edilir:
9M528 çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Uçuş məsafəsi 90 km.
9M525 75 ədəd 9N210 parçalanan bobmalardan ibarətdir. Uçuş məsafəsi 90 km.
9M526 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Uçuş məsafəsi 90 km.
9M527 25 ədəd tank əleyhinə maqnit alışqanlı qrantlardan (PTM tipli) ibarətdir. Uçuş məsafəsi 90 km.
9M529 çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Uçuş məsafəsi 90 km.
9M530 75 kq partlayıcı maddəyə malik deşici mərmi başlıqlığından ibarətdir (Bunkerlərdə mübarizə aparmaq üçün). Uçuş məsafəsi 90 km.
9M531 646 ədəd parcalanan və tankəleyhinə işləyə bilən kiçik babacıqlardan ibarətdir.Uçuş məsafəsi 90 km.
9M534 R-90 modelli kəşfiyyat uçuş aparatından ibarətdir. bu döyüşün aparılması və kəşfiyyat üçün tətbiq edilir. Uçuş məsafəsi 90 km.
Üstün cəhətləri
Çoxfunksiyalılığı, manevrliyi, yüksək etibarlığı, dəqiqliyi və gücüdür. Altı ədəd Smerçdən ibarət bir briqananın açdığı yaylım atəşi ilə bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür.
Çatışmayan cəhətləri
Baha olması (bir ədədin qiyməti 12 milyon dollardır) və lokal konfliktlərdə tətbiqinin çətin olmasıdır.
İstifadə olunduğu ölkələr:
Əlcəzair: 18 sistem sifariş edilib 1999.
Azərbaycan: 30 (12-ədəd 9A52 və 18-ədəd 9K58)
Çin: Sayı məlum deyilç rusiya lisenziyasına əsasən A-100 adı altında istehsal olunur.
Hindistan: 38 sistem 2008 ildə göndəriləcək. Sonra daha 24 sistemin göndərilməsi nəzərədə tutulur 2010.
Küveyt: 27 sistem 1996-cı ildən istifadədədir.
Rusiya: 106 sistem aktiv xidmətdə, yerdə qalanları isə ehtiyatdadır.
Türkmənistan: 6 sistem sifariş edilib 2008
Birləşmiş Ərəb Əmirlikləri: 18
Ukrayna: 94
Belarus: 48
Həmin silahla bağlı ylnız bunu qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş "Smerç” raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir.
9K58 "Smerç” sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Tərkibində dörd "Smerç” sistemi olan batereya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir.
Yeni model 9A52M "Smerç-M” sistemi isə beşoxlu Tatra-816 modelli yük avtomobilin üzərində quraşdırılır. Bu sistemdə avtomatik atəşaçma texnikası və rabitə aparatları əlavə edilib. Həmçinin təkmilləşdirilmiş raket sistemi də inkişaf etdirlir. Yeni sistemin zərbə dairəsi artıq 90 km məsafəni əhatə edir və onun bu məsafədə vurma xətası 170 m həddindədir. Azərbaycanda hər iki sistemdən var.
Altı ədəd "Smerç”dən ibarət briqada bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür.
Ermənistan “Smerç”dən istifadə etmir.
Xatırladaq ki, 70-90 kilometrlik məsafədə hədəfi vurmaq qabiliyyətinə malik “Smerç”lərin Naxçıvanda saxlanılması təsadüf deyil. Naxçıvanla İrəvanın arası 80 kilometrdir.
Bu silah nüvə silahından sonra dünyanın ən təhlükəli silah hesab edilir. (naxcivanxeberleri.com)

 






Fikirlər