Türkiyənin yeni BAŞ NAZİRİ Bakıya gəlir – Prezident İlham Əliyevlə görüşəcək
Səfər iyunun 1-nə planlaşdırılıb.
Türkiyənin yeni baş naziri Binali Yıldırım Azərbaycana gələcək. Ans press-in məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti xəbər yayıb.
Səfərin iyunun 1-nə planlaşdırılıdığı bildirilir.
Yıldırım baş nazir kimi ilk olaraq Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək.
Daha sonra o, Azərbaycana gələcək. Onun prezident İlham Əliyevlə görüşəcəyi bildirilir.