ABŞ diplomatı dövlət himnimizi oxudu - VİDEO
Bu videonu "Azadlıq" radiosunun əməkdaşları hazırlayıblar.
Videoda öz dövlətinin bayrağının rəng və cizgilərindən ibarət olan qalstuk taxmış əcnəbi Azərbaycanın dövlət himnini oxuyur.
O, ABŞ səfirliyinin əməkdaşı Stefan Gülsidir. Cənab Gülsi ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən ABŞ-ın müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar keçirdiyi rəsmi qəbulda oxuyub.
Göründüyü kimi, hörmətli diplomatın himn və ya mahnı oxumaq üçün gözəl səsi, başqa bir dövlətin himnini oxuyacaq qədər geniş ürəyi var.
Onun himnin sözlərini kağızdan oxuması isə bir şey deyil. Bu ölkədə dövlətini gülünü dərən, amma himnini bilməyən minlərlə məmur var.