Arif Hacili Türkiyədə baş verənlərdən danışdı

Arif Hacili Türkiyədə baş verənlərdən danışdı

Dünən gözlənilmədən Türkiyədə bir qrup hərbçi hakimiyyət çevrilişi etməyə cəhd göstərdi.

Bir neçə əhəmiyyətli yerləri ələ keçirən hərbi çevirlişçilər, sonradan küçəyə çıxan xalqın təzyiqi nəticəsində geri çəkilməli oldular. Türkiyə müxalifətinin hakim partiyaya dəstək verməsi Türkiyə hökümətinin əlini gücləndirdi. Türkiyədə partiya mənsubiyyətindən aslı olmayaraq hər kəs hərbi çevrilişə qarşı çıxdı.

Türkiyədə baş verən hadislərlə bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı Ölkə.Az-a danışıb:

"Müsavat Partiyası Türkiyədə baş verən hadisələr barədə açıqlama yayıb. Biz ölkədə hakimiyyət dəyişikliyinin yalnız sivil yolla, azad və ədalətli seçkilər nəticəsində olmasını məqbul sayırıq.

Türkiyədə baş verən hadislər, xüsusi ilə çoxsaylı insanların həlak olması, ölkənin mərkəzi şəhərləri olan Ankara və İstanbulda atəş səslərinin eşidilməsi, bütövlükdə Türkiyənin çıxarlarına ziyan vuran bu hadisələr bizi çox məyus etdi.

Müsavat Partiyası olaraq biz Türkiyə xalqının dəyanətinə inanırıq. Hesab edirik ki, Türkiyə xalqı bütün baş verənlərə baxmayaraq əsası Atatürk tərəfində qoyulan cumhuriyyətçilik ənənələrini qoruyub saxlayacaq. Demokratik, sivil, dünyəvi dövlət kimi daha da güclənəcək. Türkiyə cəmiyyəti ölkənin məhz bu ənənələr və bu prinsiplər əsasında inkişafını təmin etməyə nail olacaqdır".






Fikirlər