Qiyam gecəsi yaralananlara - Azərbaycandan 100 MİN dollarlıq yardım

“Qiyam gecəsi yaralananlara - Azərbaycandan 100 min dollarlıq yardım

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Ankara şəhərində IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransı keçirilib.

Qafqazinfo” xəbər verir ki, bütün Qafqazın şeyxi Allahşükür Paşazadə də həmin konfransda çıxış edib və iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin Azərbaycanda ciddi narahatlıqla qarşılandığını söyləyib. Prezident İlham Əliyevin Türkiyə xalqı və dövlətinin yanında olması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə parlamentinin sədrinə çatdıran Allahşükür Paşazadə 15 iyul hadisələri zamanı şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, Azərbaycan xalqı adından yaralıların müalicəsi üçün 100 min ABŞ doları məbləğində vəsait çatdırıldığını bildirib.

Qiyam gecəsi yaralananlara - Azərbaycandan 100 min dollarlıq yardım
Qiyam gecəsi yaralananlara - Azərbaycandan 100 min dollarlıq yardım

 






Fikirlər