"İcra hakimiyyətlərinin ləğv olunacağı fikri ciddi səslənmir" — Partiya sədri

"İcra hakimiyyətlərinin ləğv olunacağı fikri ciddi səslənmir" — Partiya sədri

Son günlərin əsas müzakirə mövzularından biri də, icra hakimiyyətlərinin ləğv edilməsidir.

Yayılan məlumatlara görə, referendumdan sonra icra hakimiyyətləri ləğv ediləcək, yerində isə Türkiyədə olduğu kimi Valilik sistemi gətiriləcək. İcra hakimiyyətlərinin ləğv ediləcəyi təqdirdə isə əsas güc bələdiyyələrə düşür. Bələdiyyələrin isə idarəçilik üçün heç bir səlahiyyətləri yoxdur.

İcra hakimiyyətlərinin ləğv edilib - edilməyəcəyi ilə bağlı məsələyə Ümid Partiyasının sədri İqbal Ağazadə Ölkə.Az-a verdiyi açıqlamasında aydınlıq gətirib:

"Azərbaycanda paralel strukturlar kifayət qədər çoxdur. Paralel strukturların mövcudluğu əslində büdcə xərclərini artırır və büdcəyə iri həcmli ziyan vurur.

İcra hakimiyyətlərinin ləğv olunacağı və ya yeni sistemə keçiriləcəyi ciddi səslənmir. İcra strukturlarının yerinə normal səlahiyyətləri bölüşdürə biləcək qurumlar bələdiyyələrdir. Bələdiyyələrin isə demək olar ki, səlahiyyətləri yoxdur.

İcra hakimiyyətlərinin adının dəyişdirilməsinin isə heç bir mənası yoxdur. İcra başçısının adını dəyişdirib vali qoymaq heç nəyi dəyişmir. Səlahiyyətlər seçkili orqanlarla bölüşdürülməlidir. Bu isə Azərbaycan praktikasında görünməyib. Əksinə, seçkili orqanların səlahiyyətləri müxtəlif dönəmlərdə alınaraq icra strukturlarına verilib. Güman etmirəm ki, icra hakimiyyətləri ləğv edilsin".






Fikirlər