Prezidentin tapşırığı ilə Əli Həsənov Türkiyəyə səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.

Əli Həsənov səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.
Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.
Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

 






Fikirlər